This movie requires Flash Player 9
Azerilady.com Rss

LOBYA

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,324

0

Bu paxlalı bitkilər ailəsindəndir. Paxlalı birkilər azotla zəngin olur. Odur ki lobya qüvvətli tərəvəzdir. Bunların növü müxtəlifdir.

Azərbaycan ailələrində yeyilən yalnız atlı, piyada və maş (xırda) lobyalardır. Maş lobyadan yaşıl halda yemək hazırlanmır. Bunun qurudulmuşundan, lobya-plov bişirirlər. Eyni zamanda xəmir xörəklərinə yəni, əriştəyə, xingala tökür, mutmac adlanan yemək hazırlayırlar. Bundan başqa soğan suyu deyilən xörəyi də xırda lobyadan bişirirlər.  Atlı, piyada və sair lobyalardan həm yaşıl, həm də quru halında istifadə olunur.

Populyarlığı: 2%

POMİDOR

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,149

0

Pomidor Azərbaycan xörəklərinin əksəriyyətində işlədilir. Məsələn, badımcan, kələm dolmalarında, bozbaş, piti, borş, şorba və sairlərdə istifadə edilir. Kabab, hətta əriştə, qaşıqxəngəli kimi yeməklərdə belə istifadə olunur. Pomidorda insan orqanizmi üçün əlverişli vitaminlər çoxdur.

Populyarlığı: 2%

BADIMCAN

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,330

0

Bu tərəvəz Azərbaycan ailələrində işlənən ən çox yeyinti məhsuludur. Bunun xörəyi həm tez bişir, həm ucuz başa gəlir, həm də keyfiyyətli və dadlı olur. Yaxşı olar ki badımcanın nazik, qara və içi tumsuzundan istifadə edəsiniz. Çünki bunlar daha dadlı olur. Hətta bunları yemək üçün bişirdikdə belə qabığını soymaq məsləhət deyil.

Populyarlığı: 2%

KƏLƏM

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,085

0

Kələm əsasən dolmada, borşda istifadə olunur. Azərbaycan ailələrində kələmi əsas etibarilə turşuya qoyurlar. Turşuya qoymaq, adamın zövqündən, qabiliyyətindən asılı olaraq müxtəlif cür olur.

Bəzi ailələrdə keşnişi, kərəvüzü ayrıca, kələmi də ayrılıqda təmizləyib yuyurlar. Keşnişlə kərəvüzü 3-4 sm, kələmi isə 5-6 sm böyüklükdə doğrayıb səpirlər ki, suyu çıxsın. Sonra xırda bibərləri və yaşıl lobyanı yuyub suyunu çəkdirir, eyni zamanda hər ikisini eyni qazanda, azca sirkədə 2 dəqiqə pörtlədir, sonra isə qatışdırıb qablara yığırlar. Əlbəttə, aralarına duz səpmək lazımdır ki xarab olmasın. Duzu az etmək olmaz. Qab dolandan sonra üzərinə ağır bir daş qoyub, içinə təmir üzüm sirkəsi tökürlər. Bir həftədən sonra artıq yemək olar.

Ümumi şəkildə isə kələm şorabasını belə hazırlayırlar: kələm yuyulur, parça-parça doğranır, çəllək və yaxud iri qablara səliqə ilə doldurulur. Içərisinə çuğundur və kök də doğramaq olar. Sonra üzərinə ağır daşlar qoyulur. Üstə çıxana qədər içərisinə duz həll olmuş su (şora) əlavə olunur. Bəzi ailələrdə zövqə görə içinə bir az üzüm sirkəsi və ya esensi əlavə edilir. Bunu da 1-2 həftədən sonra yemək olar.

Populyarlığı: 2%

Kartof

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,606

0

Kartof bütün ölkələrdə ən çox yayılmış tərəvəz bitkisidir. Tərkibində növündən asılı olaraq 11%-dən 24%-ə qədər nişasta var. Azərbaycanın bir çox ətli xörəklərində istifadə olunur. Insan mədəsində tez həzmə gedən tərəvəzdir. Kartofu xörəyə tökərkən eyni böyüklükdə doğramaq lazımdır. Müxtəlif ölçüdə olanda, balacaları bişib dağılır, iriləri isə çiy qalır. Xörək üçün bazardan iri və üstü çopur-çopur (kəpəkli) kartof almaq lazımdır.

Populyarlığı: 2%

SOĞAN

Müəllif : Tovuz Muxtarova | Faydalı olar, Kulinariya | 21-11-2009 | Oxunub: 1,479

0

images.jpeg44

Azərbaycanın bütün yeməklərində ən çox işlənən tərəvəz bitkisi soğandır. Soğan istər ətli, istərsə də ətsiz milli xörəklərimizi dada gətirir, onlara xüsusi ləzzət verir. Azərbaycan xörəklərinin bişirilməsində ən çox baş soğandan istifadə olunur. Göy soğan əsas etibarilə süfrə bəzəyidir. İstər göy soğan, istərsə də baş soğan iştah açır. O “S” vitamini ilə zəngindir.

Populyarlığı: 2%

Azərbaycan ailələrinin quru xörəkləri

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 2,929

0

Azərbaycan milli xörəkləri yalnız qoyun ətindən deyil, mal əti, ev və çöl quşlarından, balıq, kartof, yumurta, un, tərəvəz, lobya, düyü, makaron, yarma, vermişel və s. ərzaq məhsullarından hazırlana bilir. Tərəvəz məhsulları süfrədə həm yeməyin yanında iştah açmaq üçün qoyulur, həm də yay vaxtı onlardan müxtlif cür yemək hazırlayırlar.

Populyarlığı: 3%

SOĞAN SUYU

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,206

0

Baş soğan yağda qovrulduqdan sonra üstünə su tökülür, daha sonra içinə xırda lobya, duz, istiot atılır. Lobya soğançada bişənə yaxın içərisinə ərik qurusu salınır. Qoz ləpəsi varsa xırda halda doğranıb tökülür, yumurta çırpılıb qarışdırılır, bir qədər qaynadıldıqdan sonra yemeye verilir. Bəzi ailələrdə 1 böyük, çökək qaba çörək doğrayırlar. Burdakı suyu doğranmış çörəyin üstünə töküb qarışdırırlar. Su iləqarışdırılmış  çörəyi ayrı qablara çəkir, qazandakı ərikli, yumurtalı lobyadan hər qabdakı çörəyin üstünə qoyub yeməyə verirlər. Bir sıra ailələr bunu sup kimi qaşıqla içirlər. Soğan suyunun süfrəsində zoğal olmalıdır.

Populyarlığı: 2%

KƏLLƏPAÇA (başayaq)

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,011

0

Kəlləpaça yağlı qoyun başından bişiriləndə daha dadlı olur. Bəzən mal ayağından da hazırlayırlar. Qoyunun başı ilə ayaqları ocaqda və yaxud qazda ütülür, bıçaqla qaşınır, isti-isti dırnaqları çıxarılır. Bəzən tükləri isti su ilə təmizləyirlər. Sonra dəmir şişlər ocaqda möhkəm qızdırılır, qalan xırda tükləri də ütülür. Bundan sonra ilıq suda bıçaqla qaşınaraq təmiz yuyulur.

Populyarlığı: 2%

PİTİ

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,068

0

Bizim ailələrdə və yeməkxanalarda çox iştahla yeyilən əziz xörəkdir.  Mümkün qədər qoyunun çox yağlı döş-maçasından, peysər, sərdəs ətindən bişirilir. Pitiyə ətlə bərabər quyruq da salınsa daha ləzzətli olar. Piti sümüklü ətdən də bişirilir. Saxsı külpələrdə bişirilən piti xüsusilə ləzzətli olur.

Populyarlığı: 2%

KÜFTƏBOZBAŞ

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 917

0

Bunun əti mümkün qədər yağlı və yumşaq olmalıdır. Bir qazanda noxud bişirilir, eyni zamanda yuyulmuş yumşaq ət doğrandıqdan sonra ət maşınının xırda gözündən soğanla birlikdə keçirilir. İçinə yuyulmuş düyü qatılır. Nanə, kəvər doğranır, yumurta vurulur, duz, istiot, bir qədər də un vurulub əllə qarışdırılır. Küftələri hazırlayanda içərisinə alça və ya ərik qurusu qoyulur. Yarıbişmiş noxud qazana tökülür. Küftənin əti bir qədər bişdikdən sonra qazana soyulub yuyulmuş kartof, alça, olmasa quru alça salınır. Bişdikdən sonra dərin qablara çəkilib süfrəyə verilir. Süfrəyə sumaq da qoyulmalıdır.

Populyarlığı: 1%

SÜDLÜ SIYIQ (yayma)

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,034

0

Mümkün qədər yağlı südü qazanda qaynadırlar. 4 stəkan südə 1 stəkan düyü götürürlər. Təmizlənib yuyulduqdan sonra südün içərisinə töküb, bir az duz salırlar, yavaş-yavaş bişirirlər. Düyü bişdikdən sonra qazana zövqə görə şəkər salır, gülab töküb bir az qaynadırlar. Bişdikdən sonra götürüb, qablara çəkib yeməyə verirlər. Bunu soyuq halda da yemək olur.

Populyarlığı: 1%

DOĞRAMA

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 890

0

Azərbaycanın bütün rayonlarında xüsusən da yay-yaz aylarında yeyilən, ən asan və təmiz həzmə gedən yüngül yeməklərdən biridir. Belə hazırlanır: iri bir qaba qatıq və ya süzmə qoyulub su ilə atılanır. Yuyulmuş keşniş, şüyüd, goy soğan və xırda-xırda doğranmış xiyar, çörək bunun içinə tökülür duz atılıb qarışdırılır, sonra isə qablara çəkilib yeyilir.

Populyarlığı: 1%

TURŞULU SIYIQ

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 912

0

Bu Azərbaycanın bir çox ailələrinin sevimli xörəyidir. Bunu əməköməci, cincilim, ispanaq, keşniş, şüyüd, nanə kimi göyərtilərdən bişirirlər. Əməkömənci, cincilim olmadıqda ispanaqdan istifadə edirlər. Yuxarıda göstərilən göyərtilər təmizlənir, doğranır, yuyulur. Soğanı yağda qızardıb üstünə su tökmək qaynara düşdükdə isə düyü və duz əlavə etmək lazımdır. Düyü bişənə yaxın doğranmış göyərti qazana tökülür, bulyon da əlavə edilsə daha dadlı olar. Qazana narşərab və yaxud alça turşusu, istiot tökülür. Bişən kimi götürülür. Bu da dovğa kimi həm isti, həm də ilıq halda yeyilə bilər.

Populyarlığı: 1%

DOVĞA

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,435

0

Dovğa həm ətli, noxudlu, ətsiz noxudsuz bişirilir. Ətli, noxudlu bişirilirsə, yuyulmuş ətin yumşaq hissəsindən kəsilib ət maşınından keçirilir. Həmin qiymədən xırda küftələr hazırlanır və suda bişirilir. Noxud da, düyü də ayrılıqda bişirilib hazır saxlanılır. Bəzən düyünü qatığın içində bişirirlər. Bu zaman düyü bişənə qədər qatığı arasıkəsilmədən bulamaq lazım gəlir.

Populyarlığı: 1%