This movie requires Flash Player 9
Azerilady.com Rss

Monika Bellucci

Müəllif : Fuad Muxtarov | Məşhurlar | 06-12-2009 | Oxunub: 2,386

5

Monica BellucciMonika Bellucci – İtaliyanın ən məhşur model və aktrisadır.

Monika 30 sentyabr 1964-çü ildə İtaliyanın Citta-di-Kastello şəhərində dünyaya göz açıb. Ailəsinin kasıb olmasına baxmayaraq, valideynləri Monikanın bütün ehtiyaclarını qarşılamağa çalışırdılar.

Gənc yaşlarından gözəlliyi ilə hamını heyran edirdi. Məktəbdə qızlarların Monikadan zəhləsi gedirdi. Çünki, o gələndə oğlanların fikri onun üzərində cəmləşirdi.

Hamı Monikanın model kimi görürdü. Lakin, onun arzusu hüquqşünas olmaq idi. 1986-cı ildə Perudji Universitetinin hüquq fakültəsinə daxil olan Monika öz arzusuna çatır.

Müstəqil şəkildə yaşamaq və maddi ehtiyaclarını ödəmək  üçün unversitetin 1-ci kursundan model kimi işləyir. Model biznesində bir sıra uğurlar əldə edir.

Populyarlığı: 2%

Yağlı saçlar üçün maska

Müəllif : Tovuz Muxtarova | Dəriyə qulluq/Maskalar | 06-12-2009 | Oxunub: 9,224

3

images34Yağlı saçlar hər bir qadının baş bəlasıdır. Bununla mübarizə aparmaq, salonlara gedib məsləhətlər almaq xeyli vaxtımızı alır. Hər bir Qadın özünə qulluq etməyi bacarmalıdır.

Yağlı saçlar üçün ən yaxşı maska gənəgərçək yağı ilə soğan suyunun qarışığıdır. Gənəgərçək yağı apteklərdə satılır. Hərəsindən 2 qaşıq olmaq şərtilə gənəgrçək yağı və soğan yaxşıca qarışdırılır. Başınızı yumamışdan yarım saat qabaq saçların dibinə həmin qarışığı çəkib,  başınız polietilen papaq və ya

Populyarlığı: 10%

Dolu qadınlar kişilərin xoşuna gəlir

Müəllif : Fuad Muxtarov | Pəhriz | 05-12-2009 | Oxunub: 3,573

4

womanAlman mütəxəsisləri apardığı sorğular nəticəsində belə bir qənaətə gəlmişdirlər. Sən demə qadınların əksəriyyətinin can atdığı arıq bədən forması, kişilərin əksəriyyətinin xoşuna gəlmirmiş.

Neboley.com.ua saytına istinadən verilən məlumata görə, 1000 nəfər kişinin iştirak etdiyi sosial sorğuda respondentlərin yalnız 5% arıq qadınlara, 70% isə dolu qadınlara üstünlük verdiklərini bildirmişlər . Sorğunun nəticəsi mütəxəsisləri təçübləndirsədə, onlar  bunun səbəbini

Populyarlığı: 4%

Saçları necə yumaq lazımdır?

Müəllif : Fuad Muxtarov | Sağlamlıq | 03-12-2009 | Oxunub: 4,251

2

swim-girlSaçların yaxşı görünməsi və sağlam olması üçün onu düzgün yumaq və daima qulluq etmək lazımdır. Başın yuyulması saçın çirklənməsindən aslı olaraq 2-3 gündən bir olmalıdır. Təcrübə göstərir ki, uzun müddət yuyulmayan saçlarda cirk saçın köklərinə yapışır. Nəticə etibarı ilə baş nəfəs almır, saçlarınızın sağlamlığı təhlükə qarşısında qalır. Amma bu o demək deyil ki, saçları hər gün yumaq lazımdır.  Cünki bu zaman saçlar xüsusi müdafiə təbəqəsini itirir və kövrəkləşir. Müxtəlif saç xəstəlıklərinə qarşı həssas olur.

Bəs saçların sağlamlığı necə saxlanılmalıdır? Bunun üçün ilk növbədə yuyulma prosesini düzgün aparmaq lazımdır. Yuyulma prosesi aşağıdakı mərhələlərdən keçir:

Populyarlığı: 3%

BADIMCAN DOLMASI

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 2,688

0

badimcan dolmasi1

Badımcan dolması yay, payız fəslində Azərbaycan ailələrində ən çox hazırlanan milli xörəkdir. Bu dolma hazırlanan zaman pomidordan və bolqar bibərindən istifadə edilir. Bunlar dolmanın keyfiyyətini və ləzzətini daha da artırır.

Dolma belə hazırlanır: Mümkün qədər yağlı qoyun, olmadıqda mal ətinin yumşaq yerindən xırda-xırda doğrayıb, ət maşınını xırda gözündən keçirmək lazımdır. Bir az su və duz tökülmüş qazana salınır, qaynamağa qoyulur. Qaynadıqca kəfi alınır, qarışdırılır. Bu zaman bir qaba baş soğan xırda-xırda doğranıb hazır saxlanır. Ətin suyu çəkilib yağa düşdükdə həmin soğan qazana tökülür, yağı azdırsa əlavə yağ salınır. Tez-tez qarışdırılır. Soğan və ət yağın içərisində bir az qovrulur, azca qızaranda götürülür. Belə qovrulmuş ətə qiymə deyilir. Bir kilo ətin qiyməsinə 100-120 qram düyü tökülür, 1 dəstə reyhan yarpağı doğranıb qarışdırılır. Qiymə ocaqda qovrulanda dolma üçün badımcan, pomidor və bibar aşağıdakı kimi hazırlanır:

Populyarlığı: 5%

ƏRİŞTƏLİPLOV

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,005

0

Bu da o biri plovlar kimi bişirilir. Fərqi ondadır ki, buna düyüdən başqa əriştə də tökülür. Düyü qaynadıqdan bir qədər sonra, yəni bir az yumşaldıqdan sonra içərisinə əriştə tökülür. Əriştə ilə də 3-4 dəqiqə qaynadıqdan sonra süzülür. O biri plovlar kimi ya yumurta qazmağı hazırlanır, yaxud dağ olmuş yağa töküb, adi qazmaq almaq üçün dəmə qoyulur

Populyarlığı: 5%

ZOĞALÇİLOV

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,256

0

Bu da əvəlikçilov kimi bişirilir. Lakin buna əvəlik tökülmür. Bir hissə düyü, 2 hissə su tökülür. Su qaynadıqda yuyulmuş düyü və duz tökülür. Düyü bir qədər bişdikdə içərisinə yuyulmuş kişmiş, varsa təzə zoğal, yoxdursa axta zoğal tökülüb qarışdırılır. O biri çilovlar kimi dəmə qoyulur. Dəmdə qulluq edilir. Hazır olduqda götürülür.

Populyarlığı: 5%

ƏVƏLİKÇİLOV

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 983

0

Bu da ətsiz bişirilir. Bunu da bişirəndə 2 hissə su, 1 hissə düyü götürmək lazımdır. Quru əvəlik təmiz yuyulduqdan sonra xırda-xırda doğranır. Su qaynadıqda əvəlik, yuyulmuş düyü və duz qazana tökülüb qarışdırılır. Yavaş-yavaş qaynayır. Elə ki düyü bişdi və qazandakı su çəkildi, bu zaman o biri plovlar kimi dəmə qoyulur. Dəmdə qulluq edilir, yağlanır. Qazmağını bütöv çıxarmaq üçün südlüplov kimi qazanın altı suya qoyulur üstü basdırılır, bir neçə dəqiqədən sonra süfrəyə verilir. Bu sarımsaqlı qatıqla yeyilir. Süfrəyə verilən zaman üstünə yağ tökmək lazımdır.

Populyarlığı: 5%

SÜDLÜ PLOV

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 2,169

2

Südlüplov ətsiz, yalnız südlə bişirilir, düyü təmizlənir, xırdası çoxdursa aşsüzəndən keçirilir. Bütöv düyü bisə suda təmiz yuyulur, bir hissə düyüyə 2 hissə süd tökülür. Süd qaynadıqdan sonra düyü tökülür. Qarışdırılır, bir az da duz atılır, rəngi saralana qədər zəfəran tökülür, yenə qarışdırılır. Düyü bişənə yaxın içərisinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökülür, ehtiyatla qarışdırılır. Düyünün içi yumşalıb, qazanın südü çəkilmişdirsə, o biri plovlar kimi dəmə qoyulur və qulluq edilir.

Populyarlığı: 5%

TOYUQLA ÇƏKMƏPLOV

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,331

1

Bu da eyni ilə ətli çəkməplov kimi bişirilir. Fərqi orasındadır ki, buna qoyun əti əvəzinə toyuq əti, şüyüd əvəzinə isə lərgə tökülür.

Lərgə düyüyə nisbətən gec bişdiyi üçün qazana düyüdən qabaq tökülüb qaynadılır, sonra düyü tökülür, duz salınır, düyü bir qədər bişib uzandıqda dəmə qoyulur. Hazır olduqda iri buluda çəkilib yağlanır və süfrəyə verilir. Qiş fəslində süfrəyə xiyar, kələm şorabası, yaz, payız fəslində isə göyərti qoyulmalıdır.

Populyarlığı: 5%

ÇƏKMƏPLOV

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 890

0

Bunlar ət, süd, əvəliklə bişirilə bilər. Nə ilə bişirilməsindən asılı olmayaraq, bir hissə düyüyə 2 hissə su və ya süd tökülür.

Ətlə bişirdikdə, yuyulmuş yağlı qoyun əti xırda-xırda doğranıb qazanda qaynayan suya salınır, duz tökülür, kəfi alınır. Ətin suyu azalıb bişənə yaxın içinə xırda-xırda doğranmış soğan qarışdırılır. Ət yağsızdırsa, yağ salınır. Ət qovrulub qızarmamış, bir hissə düyüyə 2 hissə hesabı ilə su tökülür.

Populyarlığı: 3%

Lobyalıplov

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 892

0

Bunun üçün xırda lobyadan istifadə edilir. Lobya təmizlənir, yuyulur, qazana tökülür. Duz atılır, kəfi alınır, lobya bir qədər bişdikdən sonra düyü həmin lobyanın üstünə tökülüb bişirilir. O biri plovlar kimi süzülür, qazmaq hazırlanır, dəmə qoyulur və dəmə qulluq edilir. Yağlanır, dəm aldıqdan sonra yeməyə verilir. Bu ya doşab, ya da şəkərlə yeyilir. Bir çox ailələr bunu ilin axır çərşənbəsində bişirirlər.

Populyarlığı: 2%

PAXLAPLOV

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,139

0

Bu toğlu, quzu əti olmayanda yağlı qoyun əti və bağırbeyinlə  yeyiləndə daha ləzzətli olur. Qoyun ətinin yağlı yerindən hərəsi 8-10 qram olan tikələr doğranır. Qazanda soyutma bişirilir, duz salınır, ətin kəfi alınır. Bişəndən sonra bulyondan çıxarılır. bir böyük qaba yığılır, duz, istiot səpilir. Başqa bir qazana qoyunun qara ciyəri və o qədər də quyruq az suda bişirilir ki, bulyon nisbətən yğlı olsun.

Populyarlığı: 2%

Göbələk yeməkləri

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 2,298

0

images

Göbələk yağmurlu payız aylarında mal peyini olan sahələrdə çıxır. Meşələrdə ağaclarda bitən göbələklər də var. Azərbaycan ailələrində onlardan xörək hazırlanmır.

Yığılmış göbələk diqqətlə yoxlanılır, qurdu olanlar atılır. Təmizlərin üst qabığı soyulur. Lobya kimi doğranır və yuyulur. Isti suda azca bişirilir (pörtlənir). Sonra suyu atılır, hətta sıxılıb təmiz çıxarılır. Yağlı soğançaya tökülüb bir az qovrulur. Duz, istiot vurulur. İçinə yumurta tökülür.

Populyarlığı: 2%

QULANÇAR QOVURMASI

Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,246

1

Qulançar çəmənliklərdə, otlaqlarda bitən yüksək keyfiyyətli və nadir (az) tapilan yem bitkisidir.

Bir çox ailələrdə bişirilməyən, ya da az bişirilən bəysənə, qulançar qovurması, göbələk, soğansuyu,pəxtərbehiştvə sair kimi dadlı və ləzzətli milli dədə-baba yeməklərimiz çox təəssüf ki, tədricən unudulub aradan çıxır.

Populyarlığı: 2%