Müəllif : Tovuz Muxtarova | Faydalı olar | 22-03-2010 | Oxunub: 721
0
Özünüzə tərəf müqabili, həyat yoldaşı seçərkən hər iki tərəf mütləq bir-birinin bütün cəhətlərini və keyfiyyətlərini götür-qoy edir, tərəf müqabillərini mümkün qədər dərindən öyrənməyə çalışır. Lakin insan müəmmalı bir aləmdir, onu axıradək öyrənmək o qədər də asan məsələ deyil. Bu məsələdə bəzən intuisiya, müşahidə qabiliyyəti də kifayət etməyə bilər. Ancaq buna baxmayaraq biz öz obyektimizi öyrənməyə davam etməliyik.
Fikir vermisinisə, qadınların hərəsinin öz sevimli rəngi var. Əgər kişilər, zərif cinsin hansı rəngə üstünlük verməsinə diqqət yetirsələr, onun haqqında müəyyən nəticələr çıxara bilərlər.
Populyarlığı: 11%
Müəllif : Fuad Muxtarov | Faydalı olar | 22-03-2010 | Oxunub: 460
0
Qızıl həmişə dəbdə olan qiymətli zinət əşyasıdır. O həmişə öz aktuallığını saxlayır. Başqa metallardan fərqli olaraq, rəngini dəyişmir və paslanmır. Qızıl elə bir metaldır ki, ondan müxtəlif formada zinət əşyaları düzəltmək mümkündür.
Bəs qızıl zinət əşyalarını necə secmək lazımdır?
Populyarlığı: 9%
Müəllif : Fuad Muxtarov | Xəbərlər | 20-03-2010 | Oxunub: 214
0
Novruz Bayramınız mübarək olsun! Necə-necə belə bayramlara cıxasınız. Qoy bu qarşıdan gələn bahar fəsli, sizə və yaxınlarınıza sevic dolu günlər bəxş etsin.
Hörmətlə, Azerilady.com kollektivi
Populyarlığı: 5%
Müəllif : Nərmin Muradova | Mədəniyyət, Məşhurlar | 17-03-2010 | Oxunub: 334
2
“Bütün telekanalların qapısı mənim üçün pulsuzdu”

Çox gənc yaşlarında sənətdə ilk addımlarını atdı. Amma uşaqlıqda müğənni olacağı ağlına belə gəlməzdi. Oxuduğu mahnıları onu məhşurlaşdırdı. Çünki ciddi və inandığı mahnılara üstünlük verir. Tez-tez efirlərdə görünmək arzusunda deyil. Amma bütün efirlərin qapısı onun üzünə açıqdır. Onun fikrincə, ciddi layihələrin, gözəl əsərlərin olmasa ekranda görünməyin mənası yoxdur. Bu müğənni Ayan Babakişiyevadır.
Populyarlığı: 7%
Müəllif : Nərmin Muradova | Mədəniyyət, Məşhurlar | 17-03-2010 | Oxunub: 382
3
Ssenarist, rejissor və prodüser Fayt Helmer ilk filmini 14 yaşında çəkib. Münhen Kino Məktəbinin məzunudur. Almaniyada daha çox qısametrajlı filmlər rejissoru kimi tanınır. Onun rusiyalı aktrisa Çulpan Xatamovanın iştirakı ilə çəkdiyi “Tuvalu” filmi 62 kinofestivalda nümayiş olunub. 2002-ci ildən “master-klass”lar təşkil edir və müxtəlif ölkələrdə tələbələrlə eksperimental filmlər çəkir. Rejissorun Bakıya gəlişindən istifadə edib onunla həmsöhbət olduq.
Populyarlığı: 7%
Müəllif : Tovuz Muxtarova | Şirniyyatlar | 16-03-2010 | Oxunub: 754
1
Qoğalın xəmirini hazırlamaq üçün aşağıdakılar lazımdır:
- 2,5 litr süd
- 250 qram kərə yağı
- 5 yumurta
- duz
- maya (droj)
Qoğala xüsusi dad verən iç hazırlamaq üçün isə aşağıdakılar tələb olunur:
Populyarlığı: 21%
Müəllif : Fuad Muxtarov | Şirniyyatlar | 16-03-2010 | Oxunub: 548
0
Şəkərburanı hazırlamaq üçün bizə aşağıdakılar lazımdır:
- 800 qram süd
- 1 kq kərə yağı
- 4 yumurtanın sarısı
- 2 dənə bütöv yumurta
- duz
- maya (droj)
Şəkərburanın içini hazırlamaq üçün isə :
Populyarlığı: 19%
Müəllif : Tovuz Muxtarova | Dəb/Moda, Faydalı olar | 11-03-2010 | Oxunub: 943
2
Qara paltar – saatlarca seçim etməkdən qadınlarn canını qurtaran və həm də getdiyiniz hər bir məclisə uyğun gələn bir seçimdir. Qara gecə paltarı həmçinin arıq və incə görsənmək üçün yaxşı bir seçimdir.
Əgər toylara, hər hansı bir əyləncəyə və yaxud da hər hansı bir iş yeməyinə, bayramına gedərkən nə geyinməkdə çətinlik çəkirsinizsə, onda qara gecə paltarı, qara ayaqqabı və qara əl çantası köməyinizə gələcək. Nişanda və digər bu kimi məclislərdə isə, qızılı sarı və gümüşü rəngdə aksesuar və ayaqqabıdan istifadə etməklə seçilə bilərsiniz.
Populyarlığı: 14%
Müəllif : Fuad Muxtarov | Xəbərlər | 08-03-2010 | Oxunub: 211
0
Amerika kinoakademiyasının tərtib etdiyi “Oskar” mükafatının 82-ci mərasimi bu gün axşam Los-Ancelesdə Bakı vaxtı ilə təqribən saat 3-də start götürdü. Mərasimdə məşhur aktyorlar Stiv Martin və Alek Boldvin aparıcı kimi cixiş edirilər. Mükafatlandırma mərasimi həddən artıq maraqlı keçdi və rəngarəng alındı. Hər bir kəs Ceyms Kameronun çəkdiyi “Avatar” filimini əsas fovarit hesab etsədə, gözlənilmədən Ən yaxşı film və Ən yaxşı rejissor nominasiyasında Ketrin Biqelonun rejissoru olduğu “The Hurt Locker” filmi qalib oldu. Ketrin Biqelo ən yaxşı rejissor nominasiyasını qazanan ilk qadın rejissor kimi adını kinoakademiyanın tarixinə yazdırır. Ümumiyyətlə, bu film 6 nominasiyada qalib gələrək 3 nominasiyada qalib gələn “Avatar” filmini qabaqladı. Aşağıda bütün nominasiyalarda qaliblərin adları sadalanmışdır:
Populyarlığı: 4%
Müəllif : Fuad Muxtarov | Xəbərlər | 08-03-2010 | Oxunub: 203
0
8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə bütün xanımlarımızı səmimi qəlbdən təbrik edirik. Həyatınız həmişə sevgi və xöşbəxtlik ilə dolu olsun.
Hörmətlə, Azerilady.com kollektivi
Populyarlığı: 4%
Müəllif : Fuad Muxtarov | İşguzar qadın | 28-02-2010 | Oxunub: 373
0
Evdar – bu sözü kimi peşə kimi qəbul edir, kimi işsizlik…Çoxları isə fikirləşir: evdarlıq qadının yaraşığıdır. Amma heç kim bütün ömrünü dörd divar arasında keçirməyi ağlından belə keçirmir. Məktəbi bitirən ən ucqar dağ qızı da ali savad alıb, diplomlu xanım olmaq arzusundadır. Atalar qızlarına savad verib, «diplomlu gəlin» köçürmək istəyirlər. Həyatdır, olmadı belə, oldu belə…. Hətta qəribəsi odur ki, qıza elçiliyə gələnlərin ilk suallarından biri, hətta birincisi bu olur: «Qız haranı bitirib? Sənəti nədir?». Halbuki, sonradan gəlinini işləməyə buraxmayacaq ailə nədənsə «diplom» həvəskarıdır.
Amma həyatda qaçılmayan bir şey var: ailə quran qıza əri tərəfdən: ya nəzakətli şəkildə təklif: «bəlkə evdə oturasan?», ya da qəti şəkildə əmr olunur: «işləməyəcəksən, vəssalam!»
Populyarlığı: 5%
Müəllif : Nərmin Muradova | Mədəniyyət | 25-02-2010 | Oxunub: 381
6
Rövşən İsax : “Film hamı üçün maraqlı olacaq”
Ötən il dövlət sifarişilə istehsalına start verilən filmlərdən biri də “Aktrisa”dır. Yazıçı İlqar Fəhminin eyniadlı povestinin motivləri əsasında çəkilən filmin rejissoru Rövşən İsaxdır. Rejissorun ilk tammetrajlı filmi olan “Aktrisa” “Pozitiv Media”da istehsal olunur.
Filmlə bağlı suallarımızı rejissorun özünə ünvanladıq. İlk sualımız filmin hazırda hansı mərhələdə olması ilə bağlı idi.
Populyarlığı: 3%
Müəllif : Tovuz Muxtarova | Şirniyyatlar | 21-02-2010 | Oxunub: 1,083
1
Kokoslu peçenyanı bişirmək çox asan, az vaxt aparan, sərfəli və dadlı peçenyadır.Peçenyamızı bişirmək üçün bizə aşağıdakılar lazımdır:
- 1 ədəd yumurtanın ağı
- 1 xörək qaşığı şəkər tozu (pesok)
- vanil
- 1 stəkan kokos
Populyarlığı: 23%
Müəllif : Nərmin Muradova | Mədəniyyət | 18-02-2010 | Oxunub: 320
9
Mələyə sormaq lazım…bəs rejissor hanı?
Teatrda istedadına görə digərləri tərəfindən sığışdırılan, işləri heç də yaxşı getməyən aktrisa, bir uşaqla həyatın onun üçün hazırladığı çətinliyə dözməyə hazırlaşan ana, kişilər tərəfindən istəkli qadın, içkiyə qurşanan, arada bir görünüb pul istəyən qardaş bacısı, Qarabağ müharibəsində həlak olan yoldaşının xəyalı ilə yaşayan Mədinəni siz də türklər demiş, merak etdiniz. Deyilmi? Elə isə mən deyim siz də bilin ki, Mədinə 2008 –ci ildə çəkilən rejissoru və ssenari müəllifi Oqtay Mirqasımov olan “Günaydın, mələyim” filminin qadın qəhrəmanının adıdır. Əvvəl filmin aktyor heyəti barədə bir balaca arayış verməyi vacib bildiyimdən deyim ki, bu heyətində Azərbaycanın ən tanınmış simaları cəm olub – Ayan Mirqasımova, Fuad Poladov, Həmidə Ömərova, Abbas Qəhrəmanov, Bəsti Cəfərova, Telman Adıgözəlov və digərləri. Yəni rejissorun sadiq komandası…
Populyarlığı: 4%
Müəllif : Fuad Muxtarov | Xəbərlər | 06-02-2010 | Oxunub: 357
0
4 fevral 2010-cu ildə axşam başlayan qar covğunu Bakını iflic vəziyyətinə saldı. Mingəçevirdən Bakıya gələn elektrik naqillərinin 3-dən 2-si zədələndi. Nəticədə Bakıya elektrik enerjisi fasilələrlə verilməyə başladı. (1.5 sutkadan sonra elektrik enerjisi tam bərpa olundu.) Ancaq səhərsi günü şəhərdə işə gedən adamları barmaqla saymaq olardı. Yollar qarla örtülü idi. Güclü küləkdən qırılmış ağac və budaqları yolun ortasında qalmışdı. Özündə “qəhramanlıq” tapıb gələn işçiləri isə firma və müəsissələr günorta evə buraxmalı oldular.
Populyarlığı: 4%