“Sərçəcik” müğənni – Edit Piaf
Müəllif : Nərmin Muradova | Mədəniyyət, Məşhurlar | 28-03-2010 | Oxunub: 379
5
O, ilk dəfə kabare dinləyicilərinə belə təqdim olunur. Onun bayır paltarı yoxdur. O, qrimsiz və corabsızdır. Bax, bu Parisin övladıdır. Onu qəbul edin Edit Piaf. Müğənni qadınların həyatından bəhs edən ən gözəl, ən səssiz, ən mülayim, mahnı qədər həzin film – “Çəhrayi rəngli həyat” məhz məşhur Fransız müğənnisi Edit Piafın kədərli olduğu qədər də gözəl həyatından bəhs edir. O, sevimli olub. Ona Parisin “sərçəcik” müğənnisi deyiblər və deyirlər də. Oxuduğu mahnılardan birinin sözləri kimi “sərçə kimi doğuldum, sərçə kimi yaşadım, sərçə kimi öldüm”.
O , küçədə tretuarda doğulub və ilk səhnəsi də küçə olub. Ata müharibədə, ana da uşağı alkokolik nənə və babanın yanında qoyub dönüşü çətin olan yola üz qoyur. Günlərin bir günü ata müharibədən qayıdır və Editi də özü ilə fahişəxana saxlayan anasının yanına gətirir. Editin ən qayğısız uşaqlıq həyatı burda- bu iyrənc məkanda keçir. Sonra konyuktivitdən gözləri kor olan qızcığaz möcüzənin hesabına gözlərinə yenidən qovuşur. İlk ailə həyatı, meningitdən ölən qızı, küçələrdə oxuduğu mahnılardan aldığı pullar və günlərin birində…həyat üzünə gülür və onu Edit Piaf edir.
…bütün acılara rəğmən Sən yaşamalısan…
Həyatda sevdiyin birini itirmək və əsəblərin pozulmasından xəstəxanaya düşmək, narkotikə aludəlik, qara ciyər serrozu və nələr, nələr. 45 yaşında 90 yaşlı qadın kimi görünmək. Əvəzində bu qədər alqış, bu qədər sevgi…heç kim onun qədər sevilmədi, heç kim onun qədər istənmədi.
Filmin uğuru tək qəhrəman Edit Piaf deyildi, həm də baş verən, olub bitən, yarı gerçək, yarı əfsanə həyatın uğurlu təqdimi idi. Film boyu səslənən əsrarəngiz ifa hadisələrin üzərindən ötəri keçmir əksinə gedişatı anlamağa xidmət edir. Sahmansız epizod qırıqlıqları isə tamaşaçıdan ekrana bütünlüklə cəm olmanı tələb edir. Bəlkə də ötürdüyüm kadrlar var deyə -hərdən ən diqqətli tamaşaçı da sualına cavab tapa bilmir. Ələlxüsus da filmin hansısa məqamında sənə təqdim olunanı anlamaq üçün itirdiyin açarı axtarmağa başlayanda…
Film Piafın mahnı oxuduğu salonda taqətsizlikdən yerə yıxılmağı ilə başlayır və birdən –birə kadrda balaca qız peyda olur və yenə yaşlı, yenə gənc, yenə uşaq, yenə gənc, yenə yaşlı, yenə yeniyətmə Piaf gözlənilməyən zamanda peyda olur.
Yaşadığı həyatın heç bir mərhələsi tamaşaçı yaddaşına möhürlənməməyə xidmət edir bu qeyri-səlis ardıcıllıq. Edit Piaf bütün həyatı ilə yadda qalır.Filmdə aktrisa Marion Kotiar isə əsrarəngiz görkəmdə və ifa tərzində Edit Piafı bu qədər sevimli edir. Fransız rejissoru Oliver Daanın “Çəhrəyı rəngli həyat” filmi məhz bu səbəbdən iki “Oskar”, dörd “Bafta”, beş “Sezar”, üç “Çex şiri” və “Qızıl qlobus” mükafatına layiq görülür. Baş rolun ifaçısı Marion Kotiar filmdəki yaratdığı obraza görə Amerika Kinoakademiyasının “Ən yaxşı aktrisası” nominasiyasında “Oskar” mükafatına sahib olur.
Populyarlığı: 8%





Cox gozel filmdir heqiqeten de… Mence 1 qadinin xosbextliyini ve bedbextliyini bu qeder tebii sekilde oynamaq boyuk meharetdir… Aktrisa rolunu cox tebii oynayib…Bu kinonu bize tanitdigin ucun ve gozel meqaleye gore tewekkurler…Heqiqeten baxmaga deyer… Ancaq baxandan sonra kinoya onun haqqinda nese demek olar…
Edit Piaf bu qeder gozel anlatilirmi?
Bence dünya tarihinde yapılan en iyi biyografilerden biri olmuş bize edith piaf ı yaşatmış bir film..Marion cotillard ın edith piaf ı yaşayışını görmek beni büyülemiş olmalı..edith piaf ın yaşamını büyük aşkını ve kaybını,harika bir olguyla anlatan bizi adeta büyüleyip olmak istediğimiz yerlere götüren harika müthiş bir filmdi.herkese tavsiye ederim.çünki tavsiye eilmesi gereken bir yapıt .tam bir arşiv filmi.
Nermin, ellerine sagliq, güzel yazmişsın..
Bu kinonun nə qədər gözəl olduğunu bir cümlə ilə ifadə etmək çox çətindir. Mənim baxdığım ən gözəl filmlərdən biridir. Məsləhətdir siz də baxın…
MARİON KOTİLLARD IN COX BASHARİLİ OYUNUNDA EDİT PİAF SİZLERİN KARSHİSİNDA. KADİN , HAYAT VE ASHK BU KADARMİ GUZEL ANLATİLİR, MUDHİSH DOGAL, SAMİMİ VE GERCEK FİLM…CHOK IYI ANLATMISHSINDIR NERMIN CIM, BAYILDIM