This movie requires Flash Player 9
Azerilady.com Rss

Ayan Babakişiyeva: “Xalqa özümü ciddi ifaçı kimi tanıtmışam”

Müəllif : Nərmin Muradova | Mədəniyyət, Məşhurlar | 17-03-2010 | Oxunub: 1,114

2

“Bütün telekanalların qapısı mənim üçün pulsuzdu”

Çox gənc yaşlarında sənətdə ilk addımlarını atdı. Amma uşaqlıqda müğənni olacağı ağlına belə gəlməzdi. Oxuduğu mahnıları onu məhşurlaşdırdı. Çünki ciddi və inandığı mahnılara üstünlük verir. Tez-tez efirlərdə görünmək arzusunda deyil. Amma bütün efirlərin qapısı onun üzünə açıqdır. Onun fikrincə, ciddi layihələrin, gözəl əsərlərin olmasa ekranda görünməyin mənası yoxdur.  Bu müğənni Ayan Babakişiyevadır. 

-          Artıq xeyli vaxtdır ki, sənətdəsiniz. Amma sizin haqqınızda yetərincə məlumat yoxdur. Müğənni Ayan kimdir?  Və niyə müğənni olmaq istədi?

-         Sizi sənətim maraqlandırırsa, bu haqda yetərincə məlumat var. Mənim 20 yaşım var. Yaşıma görə xalqa özümü ciddi ifaçı olaraq tanıtmışam. Uşaq vaxtı müğənni olmaq barədə fikirləşməmişəm. Nəyi də fikirləşsəydim… bircə müğənni olacağım ağlıma gəlməzdi. Amma deyim ki, özüm musiqiçi ailəsində böyümüşəm. Atam fortopioninoda ifa edirdi. Yəni  bu sənət bizim genlərimizdə var. Amma qismət elə alındı ki, yalnız mən müğənni oldum.

-         Sənətdən yorulduğunuz vaxtlar olubmu?

- Çox narahat, əsəbi olduğum vaxtlar olur. Bu da mənim səs tellərimə təsir edir. İndi də səs tellərimin titrədiyini hiss edirsiniz. Fikirləşməyin ki, bu toyda oxumaqdandı, yox qətiyyən, mən toylara gedən müğənnilərdən deyiləm.

-         Kimdi , nədi sizi əsəbləşdirən?

-         Məni əsəbləşdirən məni düzgün başa düşməyən insanlardı. Bir söz deyirsən amma onu düzgün istiqamətə yozmurlar. Bunlardan bezmişəm amma sənətimdən yox. Çünki sənətimi çox sevirəm. Sənəti olan insanların qarşısında baş əyirəm. Sənəti olmayan insanların fikri mənim üçün maraqsızdı. Ancaq sənətimlə gündəmə gəlmək istəyirəm. Açığı deyim, bütün telekanalların qapısı mənim üçün pulsuzdu. Amma mən heç vaxt bundan istifadə etməmişəm. Yəni efirlərdə səbəbsiz görünmək istəməmişəm. Gərək əlimdə bir məhsulun olsun ki, ekrana çıxasan. Və tamaşaçıların da yadında bununla qalasan. İnanın, qadınlar mənə yaxınlaşıb, sevgilərini və hörmətlərini bildirəndə, deyəndə ki, “səsində Bakı nəfəsi” var, inanın çox xoşbəxt oluram. Bu hər şeyə dəyər. Nəinki bir həftə efirdə görünüb, bir həftə yoxa çıxıb, yenidən efirə qayıtmaq.

-       Mətbuatı izləməyə vaxtınız olurmu?

-         Ancaq gündəlik web saytlardakı məlumatları oxuyuram.

-         Barənizdə şaiyə eşitmisiniz?

-         Bir şeyin ki, adı şaiyə ola… Amma eşitdiyim şaiyələr olub.

-        Bir ara dedilər ki, Ayanın toy məclislərinin birində səsi batıb. Bu nə dərəcədə doğrudur?

-         Bəli, doğurdan da belə bir şey olmuşdu. Ancaq gözəl həkimlərimizin sayəsində səsim bərpa olundu. İndi Allaha şükür hər şey qaydasındadır.

-         Ayan xanım,  qalmaqallardan uzaqsınız. Qalmaqal sizdən qaçır, yoxsa siz qalmaqaldan?

-         Bacardığım qədər qalmaqallardan qaçıram.

-         Amma bir müddət əvvəl “V&V Company” şirkətinin siması sayılan Vadim və Valeri İlişayevlərin sizin yaradıcılığınıza mane olduğunu açıqlamışdınız.

-         Bu mövzuda açıqlama vermişəm. Bir daha bu məsələyə qayıtmaq istəmirəm.

-         Şirkət yenə sizi hədələyirmi?

-         Yox. Biz Demokratik Respublikada yaşayırıq.

-         Bəs, onların tələb etdiyi 30 min manatı ödədinizmi?

-         Qanunlarımıza əsaslanaraq deyirəm ki, mən heç kəsə borclu deyiləm. Və mən bunu sübut etdim. Hazırda həmin şirkətlə heç bir əlaqəm yoxdur.

-         Bəs, hər hansı şirkətlə fəaliyyətinizi davam etdirirsinizmi?

-         Xeyr. İndi heç bir şirkət ilə işbirliyim yoxdur. Müstəqil fəaliyyət göstərirəm.

-         Sizcə, başqa həmkarlarınızdan nə ilə fərqlənirsiniz?

-         Təqdim etdiyim işlərin keyfiyyəti ilə. Mən səviyyəsiz işlərlə tamaşaçıların zövqünü korlamıram.

-         Müğənni olmasaydınız hansı peşə sahibi olardınız?

-         Biznes-ledi ve bu planımda var. Bunu uşaqlıqdan arzulayıram.

-         “Yağış” albomunuz necə satıldı? Razı qaldınızmı?

-         Mənim xoşbəxtliyim ondadır ki, sözləri Bəxtiyar Vahabzadəyə, bəstəsi isə Elçin İmanova aid olan “Yağış” mahnısını gənclərə sevdirə bilmişəm. “Yağış”  bəsit mahnı deyildi, çox ciddi mahnıdır. Almona gəldikdə isə, onun satışından da keyfiyyətdən də razı qaldığımı deyə bilərəm.

-         Ayan xanım, gəncsiniz. Bu sənətə yeni-yeni başlayırsınız. Necə fikirləşirsiniz, bu sənətdə bir iz buraxmaq üçün nə etmək lazımdır?

-         Sənətkar olmaq lazımdır. Bu hər kəsə nəsib olmur. İllər sonra səni xatırlayırlarsa, bu iz qoymaq deməkdir. O müğənni xoşbəxtdir ki, oxuduğu bir mahnı xalq arasında sevilir və illər keçəndən sonra da onu xatırlayırlar.

-         Nə vaxt ailə qurmağı planlaşdırırsınız? Varmı elə insan?

-         Hələki belə fikrim yoxdur.  Amma mən fikirləşirəm ki, ailə mütləqdir. Hər bir normal insan kimi mən də ailə həyatı quracam.

-         Bəs sevəcəyiniz insanda hansı xüsusiyyətlər olmalıdır? Münasibətlərdə daha çox nəyə önəm verirsiniz?

-         O insanla mənim aramda qarşılıqlı hörmət olmalıdır. Məncə, bu münasibətlərdə çox önəmli məqamdır.

-         Xeyir ola, yəhudilərlə iş birliyi qurdunuz? Bir az bu barədə danışardınız.

-         Bunun nəyi pisdir? Təklif İsraildən gəldi. Mən də sevə-sevə qəbul etdim. İndən sonra da işbirliyimiz davam edəcək.

-         Aygün Kazımova, Nəsibə Abdullayeva və Aygün Bəylərdən sonra “Nigaranam”ı siz oxudunuz.

-         Bu mahnı çoxdan xoşuma gəlirdi. Amma mahnını nə vaxtsa oxucağımı özü də yəhudi dilində səsləndirəcəyimi fikirləşməzdim. Amma bir məqama aydınlıq gətirmək istəyirəm. Deyirlər ki, guya mən mahnıya ərəb ritmləri əlavə etmişəm. Bu qətiyyən belə deyil. Mahnının oranjimanını Azərbaycanda Hacı Əli Heydərə elətdirmişəm. Mahnı da İsrail xalqının sevə biləcəyi tərzdə oranjiman olunub. Çünki bu mahnını İsrail üçün oxumuşam. Amma onu da deyim ki, ərəb ritmləri, qafqaz ritmləri, ya da yunanların, israillərin ritmləri bir- birinə yaxındır.

Populyarlığı: 3%

Oxşar məqalələr:

Yeni ili ölkə xaricinde kecirtmək istəyirsiniz, ancaq seçməkdə cətinlik cəkirsiniz? Bu halda Hermes Travel turizim şirkətinə muraciət edin. Bizim şirkət sizə maraqlı turlar təklif edər və sizin səyahətinizi unudulmaz və yadda qalan olar.
Əlaqə nömrələri:
(+99412) 417 9966
(+99455) 779 9966





Şərh (2)

Tanisaydim belke de severdim ama ne yazik ki tanimiyorum.

ben bunu hic sevmiyorum nermincim…

Şərh yaz