ZOĞALÇİLOV
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,484
0
Bu da əvəlikçilov kimi bişirilir. Lakin buna əvəlik tökülmür. Bir hissə düyü, 2 hissə su tökülür. Su qaynadıqda yuyulmuş düyü və duz tökülür. Düyü bir qədər bişdikdə içərisinə yuyulmuş kişmiş, varsa təzə zoğal, yoxdursa axta zoğal tökülüb qarışdırılır. O biri çilovlar kimi dəmə qoyulur. Dəmdə qulluq edilir. Hazır olduqda götürülür. Sonra isə buluda çəkilib, qazmağı da plovun üstünə qoyulur, yağlanıb süfrəyə qoyulur. Zövqə görə bəzi adamlar bunu şəkərlə yeyirlər. Odur ki, süfrəyə şəkər də verilsə yaxşı olar.
Populyarlığı: 5%
Azerilady.com


