SÜDLÜ SIYIQ (yayma)
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,035
0
Mümkün qədər yağlı südü qazanda qaynadırlar. 4 stəkan südə 1 stəkan düyü götürürlər. Təmizlənib yuyulduqdan sonra südün içərisinə töküb, bir az duz salırlar, yavaş-yavaş bişirirlər. Düyü bişdikdən sonra qazana zövqə görə şəkər salır, gülab töküb bir az qaynadırlar. Bişdikdən sonra götürüb, qablara çəkib yeməyə verirlər. Bunu soyuq halda da yemək olur.
Populyarlığı: 1%
Azerilady.com

