Sirlərlə dolu qadın dünyası
Zebra Badambura hazirlanma qaydasi (badambura resepti)
Şirniyyatlar

Zebra Badambura hazırlanma qaydası (video)

Xəmirin hazırmaq üçün lazım olan ərzaqlar:  
  • Un – 500 qram
  • Vanilya – 1 paket
  • Xama – 2 yemək qaşığı
  • Maya – 1 cay qaşığı
  • Süd – 100 qram
  • Su – 100 qram
  • Duz – 1 cimdik
  • Marqarın yağı – 125 q
  • Yumurta 2 ədəd
Kakaolu Xəmirin hazırmaq üçün lazım olan ərzaqlar:
  • Un – 500 qram
  • Vanilya – 1 paket
  • Xama – 2 yemək qaşığı
  • Maya – 1 cay qaşığı
  • Süd – 100 qram
  • Su – 100 qram
  • Duz – 1 cimdik
  • Marqarın yağı – 125 q
  • Yumurta 2 ədəd
  • Kakao -300 qram
İçliyin hazırlanması üçün lazım olan ərzaqlar: 
  • Qoz – 1 kq
  • Şəkər tozu – 1 kq
  • Hil – 3-4 ədəd qovrulmuş (üyüdülmüş)
Hər iki xəmirimizi, yoğurub, 10-15 dəq özünə gəlməsini gözləyirik. Özünə gəlmiş xəmirimizin hər birini 3 kündə halına gətiririk və başlayırıq kündələrimizi yaymağa. Yaydığımız kündələrin bir ağ və bir qara olmaqla bu qaydada hamısını qat-qat yayırıq və hər qatın üzərinə əridilmiş marqarın yağı əlavə edirik. Hazır olan qat-qat xəmirimizi kəsirik və içə doğru qatlayırıq 29 ədəd badambura xəmiri hazır olur və xəmirimizi katalka vasitəsilə bir balaca açırıq, içinə içliyimizi əlavə edirik. İki qaydada bükə bilərsiz. Hazır olan badamburalarımızı 20 dəq. 220° C-də bişiririk. Soyuduqdan sonra üzərinə pudra şəkər əlavə edə bilərsiz.
Nuş olsun!

Daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz.
Əgər bu resept xoşunuza gəldisə , like etməyi və dostlarınızla paylaşmağı unutmayın.
Reseptlə bağlı istənilən sualı aşağıdakı şərhlər bölməsində verə bilərsiniz.

Şərhlər

Diqqət! Əgər sizin şərhdə şəkil, video və ya link varsa, saytda yerləşdirilmədən əvvəl moderatorlar tərəfindən yoxlanılır.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.