Sirlərlə dolu qadın dünyası
Şirniyyatlar

Şəkərbura (hazırlanma qaydası videoda)

Şəkərburanı hazırlamaq üçün bizə aşağıdakılar lazımdır:

– 800 qram süd
– 1 kq kərə yağı
– 4 yumurtanın sarısı
– 2 dənə bütöv yumurta
– duz
– maya (droj)

Şəkərburanın içini hazırlamaq üçün isə :

– 1 kq qoz
– 1 kq şəkər tozu (pesok)
– 1 paçka üyüdülmüş hil

İçliyi hazırlamaq üçün 1 kq qozu qoz çəkən maşından keçiririk, üzərinə 1 kq şəkər tozu  və üyüdülmüş hili əlavə edib qarışdırırıq.

Şəkərburanın xəmirini hazırlamaq üçün isə, 800 qram südü ilıq edib 750 qram yağı onun içərisində yumşaldırıq. 4 yumurta sarısı və 2 bütöv yumurta, duz və maya əlavə edib qarışdırırq. Daha sonra un töküb qarışdırırıq və qalan 250 qram yağı xəmiri yuğura yuğura az-az əlavə edirik və yaxşıca yuğururuq. Xəmir nə bərk, nə də ki yumşaq olmalıdır. Xatırladım ki, bu xəmirə təxminən 2 kq un gedir. Xəmiri yuğurandan 30 dəqiqə sonra başlayırıq şəkərburalarımızı hazırlamağa. Xəmirdən 1 kündə götürüb qalanını soyuq yerə qoyuruq, çünki xəmir çox gəlməməlidir. Götürdüyümüz kündələri balaca kündələrə ayırırıq, onları oxlovla 1 az açıb içərisinə içlik qoyub ağzını bükürük. Sonra üzərinə naxış vurub listə yəğıb bişiririk. Qeyd etmək lazımdır ki, şəkərburanın üzü qizarmamalıdır.

Bu reseptdən təxminən 75-80 şəkərbura çıxır.
Nuş olsun!!!

Şərhlərinizi bildirməyi unutmayın!

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.