Azerilady.com Rss

Şəkərbura (hazırlanma qaydası videoda)

Müəllif : Fuad Muxtarov | Şirniyyatlar | 16-03-2010 | Oxunub: 77,167

21

Şəkərburanı hazırlamaq üçün bizə aşağıdakılar lazımdır:

- 800 qram süd
- 1 kq kərə yağı
- 4 yumurtanın sarısı
- 2 dənə bütöv yumurta
- duz
- maya (droj)

Şəkərburanın içini hazırlamaq üçün isə :

- 1 kq qoz
- 1 kq şəkər tozu (pesok)
- 1 paçka üyüdülmüş hil

İçliyi hazırlamaq üçün 1 kq qozu qoz çəkən maşından keçiririk, üzərinə 1 kq şəkər tozu  və üyüdülmüş hili əlavə edib qarışdırırıq.

Şəkərburanın xəmirini hazırlamaq üçün isə, 800 qram südü ilıq edib 750 qram yağı onun içərisində yumşaldırıq. 4 yumurta sarısı və 2 bütöv yumurta, duz və maya əlavə edib qarışdırırq. Daha sonra un töküb qarışdırırıq və qalan 250 qram yağı xəmiri yuğura yuğura az-az əlavə edirik və yaxşıca yuğururuq. Xəmir nə bərk, nə də ki yumşaq olmalıdır. Xatırladım ki, bu xəmirə təxminən 2 kq un gedir. Xəmiri yuğurandan 30 dəqiqə sonra başlayırıq şəkərburalarımızı hazırlamağa. Xəmirdən 1 kündə götürüb qalanını soyuq yerə qoyuruq, çünki xəmir çox gəlməməlidir. Götürdüyümüz kündələri balaca kündələrə ayırırıq, onları oxlovla 1 az açıb içərisinə içlik qoyub ağzını bükürük. Sonra üzərinə naxış vurub listə yəğıb bişiririk. Qeyd etmək lazımdır ki, şəkərburanın üzü qizarmamalıdır.

Bu reseptdən təxminən 75-80 şəkərbura çıxır.
Nuş olsun!!!

Şərhlərinizi bildirməyi unutmayın!

Bu məqaləni dostlarınla paylaş


Şərh (21)

Mən təxmini goturururəm ərzaqi əlimdə bilirəm xəmir necə olmalıdı qəsəng cixır.2 yumurta sarsi 1 smetan yağ un sud təxmini götururəm maya da lap az vurururam.

çox gözəl alindi

Bu şekerbura bişenden sonra yumşaq qalir?quru alinir ee bir neçe reseptnen etmişem..Qaxdan salamlar

ela cox qeseng

Salam mən şirniyyat ustasi axtariram isləmək istəyən 051-480-29-95 nomrəsiylə əlaqə saxlaya bilər

naxishi yaxshi vurmur…ama bele pis deyil…naxishi daha ince vururam

bu duzgun resept deyil……wekerburanin resepti beledi….1 kq un ,250qr yag,6 yumurta,200qr smetan,1 cay qawigi maya ,

şəkərburanın hazırlanması, resepti və naxişların vurulması müxtəlifdi. Biz hazırlanma qaydalarından birini göstərmişik. Əgər sizdə də maraqli resept varsa, buyurun paylaşın.

Şəkərburanı hazırlamaq üçün bizə aşağıdakılar lazımdır:

- 800 qram süd
- 1 kq kərə yağı
- 4 yumurtanın sarısı
- 2 dənə bütöv yumurta
- duz
- maya (droj)

Şəkərburanın içini hazırlamaq üçün isə :

- 1 kq qoz
- 1 kq şəkər tozu (pesok)
- 1 paçka üyüdülmüş hil

İçliyi hazırlamaq üçün 1 kq qozu qoz çəkən maşından keçiririk, üzərinə 1 kq şəkər tozu  və üyüdülmüş hili əlavə edib qarışdırırıq.

Şəkərburanın xəmirini hazırlamaq üçün isə, 800 qram südü ilıq edib 750 qram yağı onun içərisində yumşaldırıq. 4 yumurta sarısı və 2 bütöv yumurta, duz və maya əlavə edib qarışdırırq. Daha sonra un töküb qarışdırırıq və qalan 250 qram yağı xəmiri yuğura yuğura az-az əlavə edirik və yaxşıca yuğururuq. Xəmir nə bərk, nə də ki yumşaq olmalıdır. Xatırladım ki, bu xəmirə təxminən 2 kq un gedir. Xəmiri yuğurandan 30 dəqiqə sonra başlayırıq şəkərburalarımızı hazırlamağa. Xəmirdən 1 kündə götürüb qalanını soyuq yerə qoyuruq, çünki xəmir çox gəlməməlidir. Götürdüyümüz kündələri balaca kündələrə ayırırıq, onları oxlovla 1 az açıb içərisinə içlik qoyub ağzını bükürük. Sonra üzərinə naxış vurub listə yəğıb bişiririk. Qeyd etmək lazımdır ki, şəkərburanın üzü qizarmamalıdır.

Bu reseptdən təxminən 75-80 şəkərbura çıxır.
Nuş olsun!!!

Lap yaxsi

elleriniz derd gormesin.

ellerinize saqliq amma xemir bir balaca yumsaqdir

salam sekerbura ucun tesekkurler .Sizden birde paxlavanin receptini ala bilerikmi? cox xahis edirem mumkunse onuda izahli verin .

cox kifir naxiwdardi

cox sag olun bize yardimci oldugunuz ucun

bes bu sekerbura reseptinin unu ne qeder olmalidir?siz qeyd etmemisiniz

neneme gore baxdim gorek indi nece alinacaq dogrusu sekerburdan xosum gelmir ama paxlavadan xosum gelir

superdi

Salam!Bu gozel tarif ucun cox cox tsskler.Ellerinize saglik.Sizin tarif etdiyiniz bu shekerburayi yapmaak isterim,amma droj yox,onu men qabartma tozuyla ve ya sodayla evez ede bilirmiyim?Lutfen menim soruya acil cavab alirsam,cox cox memnun olurdum.Onceden sonsuz tskler.

Qabartma tozu ilə əvəz ede bilersiniz. Onsuz da xəmirə droj az miqdarda vurulub, yuğrulur. Yarim saatdan sonra soyuq yere qoyulur ki, xəmirdən istifadə edəndə cox köpməsin. Məhz, buna gorə qabartma tozundan istifadə edə bilərsiniz.

salam cox gozel şeker bura hazırladınlz

Şərh yaz