Sirlərlə dolu qadın dünyası
Səpmə şor qoğal hazırlanma qaydası (video)
Şirniyyatlar

Səpmə şor qoğal hazırlanma qaydası (video)

Xəmirin hazılanması üçün lazım olan ərzaqlar:
  • Yumurt   –  3 ədəd
  • Sarıkök  –  yarım cay qaşığı
  • Maya  – 100 qram
  • Su   –   apardığı qədər
  • Düz – bir cimdik
  • Un  – 2 kq
İçliyin hazırlanmasıüçün lazım olan ərzaqlar:
  • Yumurta  – 2 ədəd
  • Yağ  –  marqarin yağı
  • Sarıkük  –  1 çay qaşığı
  • Duz –  zövqə görə
  • İstiot – zövqə görə
  • Raziyana –  150 q
  • Çirə – 150 q
  • Un  – 500 q
Öncəliklə xəmirimizi yoğururuq, 15-20 dəq kənarda qalıb özünə gəlməsini gözləyirik. Yoğurduğumuz xəmirdən 15 ədəd kündə alınır və hər bir kündəni öncə yayırıq, daha sonra üzərinə əridilmiş marqarin yağı çəkirik, daha sonra hazırladığımız içliyi əlavə edirik, bir qayda ilə xəmirlərimizi istəyə görə 5 kündədən, istəyə görədə 7  kündədən hazırlaya bilərsiz qağalınızı, ən üst xəmirimizi sadəcə yağlayırıq, üzərinə içlik səpmək lazım deyil. Daha sonra başlayırıq xəmrimizi kəsməyə, kəsdiyimiz xəmiri içə doğru qatlayırıq. Çalışmaq lazımdıki hamısı eyni ölçüdə olsun.  Hazır olan qatlaq xəmirimizi, əlmizdə bir az acaraq, üzərinə yumurta sarısı çəkilir və qara çörəkotu  səpilir, hazır olan qoğallarımızı 200° C-də 20 dəqiqə bişiririk.  Hazır olan qağallarımızı soyuduqdan sonra sevis edə bilərsiz.
Nuş olsun! 

Daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz.
Əgər bu resept xoşunuza gəldisə , like etməyi və dostlarınızla paylaşmağı unutmayın.
Reseptlə bağlı istənilən sualı aşağıdakı şərhlər bölməsində verə bilərsiniz.

Şərhlər

Diqqət! Əgər sizin şərhdə şəkil, video və ya link varsa, saytda yerləşdirilmədən əvvəl moderatorlar tərəfindən yoxlanılır.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.