Sirlərlə dolu qadın dünyası
Şirniyyatlar

Qoğal (hazırlanma qaydası videoda)

Qoğalın xəmirini hazırlamaq üçün aşağıdakılar lazımdır:

– 2,5 litr süd
– 250 qram kərə yağı
– 5 yumurta
– duz
– maya (droj)

Qoğala xüsusi dad verən iç hazırlamaq üçün isə aşağıdakılar tələb olunur:
kərə yağı (250 qram )
cirə (2 çay qaşığı )
raziyyanə (2 çay qaşığı )
sarıkök (2 çay qaşığı)
duz (zövqə görə)
istiot (zövqə görə)
darçın (1 çay qaşığı)
un (içliyə lazım olan qədər)

İçliyin hazırlamaq üçün əvvəlcə yağı əridirik, yağı ocağın üzərindən götürmədən ədviyyatları yağın üzərinə tökürük və un əlavə edib içlik halına düşənə qədər qovururuq. Daha sonra içliyi kənara qoyub xəmiri hazırlamağa başlayırıq.

Xəmiri hazırlamaq üçün əvvəlcə südü ilıq hala gətirib yağı onun içində yumşaldırıq, duz və maya əlavə edib bir a qarışdırırıq. Un əlavə edib yuğururuq, çalışmaq lazımdır ki, xəmir əlimizə yapışmayana qədər yuğuraq. Xəmir nə bərk, nə də boş olmalıdır. Xəmir hazır olduqdan sonra onu isti yerə qoyub gəlməyini gözləyirik.  Xəmir gələndən sonra onu kündələrə ayırırıq. Sonra kündələri açıb bir-bir yağlayırıq. Açılmış hər 3 kündədən bir arasına içlik səpirik. Bu qayda ilə 10-12 qat yağlayıb içləyirik. Sonra onu bərabər hissələrə bölürük, onları rulet şəklində burub yastılayırıq, arasında oyuq yaradıb içlik qoyuruq. Oyuğu büküb üzərindən əlimizlə yastılayırıq. Üst-üstə üç-üç yığıb üzərini salafanla örtürük ki, xəmir yaxşı köpsün. Xəmiri mütləq isti yerə qoymalıyıq ki, onlar köpsünlər. Sonra onları sobanın listinə yığıb içlikdən tən ortasına 1 az qoyub üzərini yumurtalıyırıq və üzərinə zövqünüzə görə mak, küncüt, çörək otu səpmək olar. Xatırladım ki, bütün bu ədviyyatlar mağazalarımızda mövcuddur. Bütün bunlar hazır olduqdan sonra qoğalı sobaya qoyub bişiririk.

Nəzərinizə çatdırım ki, bu reseptdən təxminən  75-80 dənə qoğal çıxır.

Nuş olsun!!!

Şərhlərinizi bildirməyi unutmayın!

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.