This movie requires Flash Player 9
Azerilady.com Rss

Qoğal (hazırlanma qaydası videoda)

Müəllif : Tovuz Muxtarova | Şirniyyatlar | 16-03-2010 | Oxunub: 7,168

12

Qoğalın xəmirini hazırlamaq üçün aşağıdakılar lazımdır:

- 2,5 litr süd
- 250 qram kərə yağı
- 5 yumurta
- duz
- maya (droj)

Qoğala xüsusi dad verən iç hazırlamaq üçün isə aşağıdakılar tələb olunur:
- kərə yağı (250 qram )
- cirə (2 çay qaşığı )
- raziyyanə (2 çay qaşığı )
- sarıkök (2 çay qaşığı)
- duz (zövqə görə)
- istiot (zövqə görə)
- darçın (1 çay qaşığı)
- un (içliyə lazım olan qədər)

İçliyin hazırlamaq üçün əvvəlcə yağı əridirik, yağı ocağın üzərindən götürmədən ədviyyatları yağın üzərinə tökürük və un əlavə edib içlik halına düşənə qədər qovururuq. Daha sonra içliyi kənara qoyub xəmiri hazırlamağa başlayırıq.

Xəmiri hazırlamaq üçün əvvəlcə südü ilıq hala gətirib yağı onun içində yumşaldırıq, duz və maya əlavə edib bir a qarışdırırıq. Un əlavə edib yuğururuq, çalışmaq lazımdır ki, xəmir əlimizə yapışmayana qədər yuğuraq. Xəmir nə bərk, nə də boş olmalıdır. Xəmir hazır olduqdan sonra onu isti yerə qoyub gəlməyini gözləyirik.  Xəmir gələndən sonra onu kündələrə ayırırıq. Sonra kündələri açıb bir-bir yağlayırıq. Açılmış hər 3 kündədən bir arasına içlik səpirik. Bu qayda ilə 10-12 qat yağlayıb içləyirik. Sonra onu bərabər hissələrə bölürük, onları rulet şəklində burub yastılayırıq, arasında oyuq yaradıb içlik qoyuruq. Oyuğu büküb üzərindən əlimizlə yastılayırıq. Üst-üstə üç-üç yığıb üzərini salafanla örtürük ki, xəmir yaxşı köpsün. Xəmiri mütləq isti yerə qoymalıyıq ki, onlar köpsünlər. Sonra onları sobanın listinə yığıb içlikdən tən ortasına 1 az qoyub üzərini yumurtalıyırıq və üzərinə zövqünüzə görə mak, küncüt, çörək otu səpmək olar. Xatırladım ki, bütün bu ədviyyatlar mağazalarımızda mövcuddur. Bütün bunlar hazır olduqdan sonra qoğalı sobaya qoyub bişiririk.

Nəzərinizə çatdırım ki, bu reseptdən təxminən  75-80 dənə qoğal çıxır.

Nuş olsun!!!

Şərhlərinizi bildirməyi unutmayın!

Populyarlığı: 10%

Oxşar məqalələr:

Yeni ili ölkə xaricinde kecirtmək istəyirsiniz, ancaq seçməkdə cətinlik cəkirsiniz? Bu halda Hermes Travel turizim şirkətinə muraciət edin. Bizim şirkət sizə maraqlı turlar təklif edər və sizin səyahətinizi unudulmaz və yadda qalan olar.
Əlaqə nömrələri:
(+99412) 417 9966
(+99455) 779 9966





Şərh (12)

pis deyil.men basqa cur hazirlayiram.mes.icliyi arasina sepmirem.xemirin rengini deyisir o.sadece kundede azca ovuq acib ici ora qoyuram.bide kvadrat kesmirem laylari.men de super alinir.ama bu da pis deyil

Təşəkkür edirəm dəqiq və geniş video üçün. Amma retsep daha dəqiq (yəni maya, içliyin tərkibi qramlarla) göstərilsəydi yaxşı olardı

İstəyinizi nəzərə alaraq, məqaləni yenilədik.

Cox tesekkur edirem. Coxdan idi bele deqiqliyi ile qogalin tam reseptini axtarirdim. Elleriniz var olsun!

Çox sağ olun. Çox anlaşıqlı şəkildə çəkilib. Əliniz var olsun!
Paxlavanın reseptini də versə idiniz, çox şad olardım

Novruz Bayramına kimi Paxlavanın hazırlanma qaydasını saytda yerləşdirəcəyik. Bizi izləyin.

BIR AZ SELIQE=SEHMANLI WERAITDE HAZIRLANSAYDI DAHA YAXSI OLARDI(BELE DE KI HAZIRLANMA QAYDASINDAN BILINIR KI DADLI OLAR

Baxdim,yadimdan cixanlari xatirladiniz,teshekkur edirem.Xemiri cox yaxshi acdiniz.icliyi hazirlanmasi da videoya salinsaydi ela olardi

Qoğallara “göbəkli” adini verdim. Taleyini tanrı versin. Antisanitariya və natəmizlik.

Əslində tam təmiz şəraitdə hazırlanıb. Sadəcə olaraq stolumuz köhnə stoldur. Ona görə sizdə belə təsurat yaranır.

bes xemir ucun un hani?

ellerinize sagliq

Şərh yaz