Sirlərlə dolu qadın dünyası
İclikli shor qogal
Şirniyyatlar

İçlikli şor qoğal hazırlanma qaydası (video)

Xəmirin hazılanması üçün lazım olan ərzaqlar:
  • Yumurt   –  3 ədəd
  • Sarıkök  –  yarım cay qaşığı
  • Maya  – 100 qram
  • Su   –   apardığı qədər
  • Düz – bir cimdik
  • Un  – 2 kq
 İçliyin hazırlanması üçün lazım olan ərzaqlar:
  • Yumurta  – 2 ədəd
  • Yağ  –  marqarin yağı
  • Sarıkök  –  1 çay qaşığı
  • Duz –  zövqə görə
  • İstiot – zövqə görə
  • Raziyanə –  150 q
  • Çirə – 150 q
  • Un  – 500 q
Öncəliklə xəmirimizi yoğururuq, 15-20 dəq kənarda qalıb özünə gəlməsini gözləyirik. Yoğurduğumuz xəmirdən 15 ədəd kündə alınır və hər bir kündəni yağlayırıq üzərinə əridilmiş marqarin yağı çəkirik.  Bütün qatları yağladıqdan sonra, xəmiri qatlayırıq və içinə hazırladığımız içliyl əlavə edirik. Qoğalı istəyə görə 5 kündədən və ya 7  kündədən hazırlaya bilərsiz. Hazır olan qatlaq xəmirimizi, əlmizdə bir az acaraq, üzərinə yumurta sarısı çəkilir və qara çörəkotu  səpilir. Hazır olan qoğallarımızı 200° C-də 20 dəqiqə bişiririk.  Hazır olan qoğallarımızı soyuduqdan sonra servis edə bilərsiz.
Nuş olsun! 

Daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz.
Əgər bu resept xoşunuza gəldisə , like etməyi və dostlarınızla paylaşmağı unutmayın.
Reseptlə bağlı istənilən sualı aşağıdakı şərhlər bölməsində verə bilərsiniz.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.