Xəmirin hazırlanması üçün lazım olan ərzaqlar:
- Un – 200 q.
- Marqarin yağı – 125 q.
- Yumurta – 4 əd.
- Duz – bir cimdik
- Su – 200 q.
Kremin hazırlanması üçün lazım olan ərzaqlar:
- Kərə yağı – 250 q.
- Qatlaşdırılmış süd – 380 q.
- Vanilya – 1 paket
Yağımızı, duzumuzu və suyumuzu qazana əlavə edib, sobada əriyənə qədər qarışdırırıq, ərimiş yağımızın üzərinə unumuzu əlavə edirik, yaxşı yaxşı qarışdırırıq, suyu özünə çəkmiş xəmirimizi soyumağa qoyuruq, soyuduqdan sonra yumurtalarımızı əlavə edirik və yenidən qarışdırırıq, hazır olan ekler xəmirimizi torbaya doldurub bu vasitəilə şəkilləndirə bilərsiz, istərsədə qaşıqdan istifadə edə bilərsiz, hazır olan xəmirimizi 200° C dərəcədə 15-20 dəq bişiririk.
Hazır olan eklerlərimizi bir balaca kənarından cərtəməktə, kremimizi əlavə edirik.
Üzərinə əridilmiş şokalad cəkərək və yaxutda pudra şəkəri səpərək servis edə bilərsiz. Nuş olsun.
Daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz.Əgər bu resept xoşunuza gəldisə , like etməyi və dostlarınızla paylaşmağı unutmayın.Reseptlə bağlı istənilən sualı aşağıdakı şərhlər bölməsində verə bilərsiniz.