Sirlərlə dolu qadın dünyası
Baki shekerburasi
Şirniyyatlar

Bakı şəkərburası hazırlanma qaydası (video)

Novruz bayramında sufrələrimizin əvəz olunmaz şiriniyyatlardan biri də şəkərburadır. O paxlava və qoğal ilə süfrələrimizi bəzəyir.
Xəmirin hazılanması üçün lazım olan ərzaqlar:
  • Un – 500 q
  • Duz – 1 çimdik
  • Vanilya – 1 paket
  • Marqarın yağı – 150 q
  • Xama – 3 yemək qaşığı
  • Yumurtanın sarısı – 2 əd.
  • Süd  – 1 ovuc
  • Su  – 1 ovuc
İçliyin hazırlanması üçün lazım olan ərzaqlar:
  • Fındıq – 1 kq.
  • Şəkər tozu – 1 kq
  • Hil – 3-4 ədəd qovrulub, üyüdülmüş
Xəmirin hazırlanma qaydası:
Un mütləq ələkdən keçirilmiş olmalıdı, duz, vanilya, iki ədəd yumurtanın sarısını daha sonra 3 yemək qaşığı xama və 150 q marqarın yağını əlavə edirik və 1 ovuc su, həmçinin bir ovuc südümüzü əlavə edib  xəmiri yoğururuq. Hazırladığımız xəmiri kənara qoyub, 15 dəq özünə gəlməsini gözləyirik.
Xəmirimiz özünə gələndən sonra 23 ədəd kündə hazırlayırıq, çoxda böyük olmamaq şərtilə yayırıq, açdığımız xəmiri əlimizə alıb, 1 yemək qaşığı içlik qoyub, kənarlarını bükürük. Bükdüyümüz şəkərburanın üzərlərinə naxış vurub,  100 dərəcədə 15 dəq bişiririk, altı qızarandan sonra, şəkərburalarımızı sobadab çıxarıb servis edə bilərsiz.
Nuş olsun!!!

Daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz.
Əgər bu resept xoşunuza gəldisə , like etməyi və dostlarınızla paylaşmağı unutmayın.
Reseptlə bağlı istənilən sualı aşağıdakı şərhlər bölməsində verə bilərsiniz.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.