Sirlərlə dolu qadın dünyası
BAKİ PAXLAVA
Şirniyyatlar

Bakı paxlavası hazırlanma qaydası (video)

Novruz bayramında sufrələrimizin əvəz olunmaz şiriniyyatlardan biri də paxlavadır. O şəkərbura və qoğal ilə süfrələrimizi bəzəyir.

Xəmirin hazılanması üçün lazım olan ərzaqlar: 

  • Marqarın yağı  – 250 q
  • Xama – 2 yemək qaşığı
  • Maya (Droj) – 25 q
  • Duz – 1 çimdik
  • Yumurta – 4 ədəd (ağlı və sarılı)
  • Su – 100 qram  (Yarım stəkan)
  • Süd – 100 qram  (Yarım stəkan)
  • Un – 1 kq 200 q

İçliyin hazırlanması üçün lazım olan ərzaqlar: 

  • Qoz – 1 kq
  • Şəkər tozu – 1 kq
  • Hil – 3-4 ədəd qovrulmuş

Şərbətin hazırlanması üçün lazım olan ərzaqlar: 

  • Şəkər tozu – 800 q
  • Su – 400 q  ( Bir qazanda qatılaşana qədər bişiririk)
  • Limon Duzu – 1 çimdik

Xəmirimizin hazırlanma qaydası: 
Ələkdən keçirdiyimiz unu, xəmiri yoğuracağımız qaba əlavə edib, üzərinə duzumuzu, mayamızı, 4 ədəd yumurtaları, 2 yemək qaşığı xamamızı və öncədən ev şəraitində isitdiyimiz marqarın yağını unumuza əlavə edib,daha sonra yarım stəkan su həmçinin yarım stəkan südümüzüm əlavə edib xəmirimizi yoğururuq.
Yoğurduqdan sonra 15 dəq özünə gəlməsini gözləyirik.  Hazır olan xəmirimizi kündələrə bölürük, paxlavamızın alt və üst hissəsi üçün 2 ədəd 400 q qədərində kündələri ayırıb, qalan xəmiri isə, 8  kündə formasına gətirərək, paxlavamızı hazırlayırıq.
Öncəliklə paxlavamızın alt hissəsini hansıki 400 q qədərində ayırdığımızı yayıb, listimizə uyğun düzəldirik, üzərinə öncədən əritdiyimiz  kərə yağını çəkib, üzərinə içliyimizi əlavə edirik, daha sonra isə 8 ədəd balaca kündələridə eyni qaydada düzürük. Sadəcə 8-ci balaca kündəmizin üzərinə  kərə yağı cəkirik, üzərinə paxlavamızın üst qatını, hansıki 400 q qədərində olan xəmirimizi, Paxlavamızın  üzərinə yayırıq. Yaydıqdan sonra, Paxlavamızı kəsirik, hazır olan paxlavamızın üzərinə 2 ədə yumurta sarısını əlimizlə cəkərək, qoz və fıqdıqla bəzəyirik. 200 dərəcədə 25 dəq bişiririk.
Hazır olan Paxlavamızın üzərinə şərbət əlavə edib, soyumağa qoyuruq, soyuduqdan sonra servis edə bilərsiz.

Nuş olsun.


Daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz.
Əgər bu resept xoşunuza gəldisə , like etməyi və dostlarınızla paylaşmağı unutmayın.
Reseptlə bağlı istənilən sualı aşağıdakı şərhlər bölməsində verə bilərsiniz.

Şərhlər

Diqqət! Əgər sizin şərhdə şəkil, video və ya link varsa, saytda yerləşdirilmədən əvvəl moderatorlar tərəfindən yoxlanılır.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.