Sirlərlə dolu qadın dünyası
Palang salati
Salatlar

Pələng salatı hazırlanma qaydası (video)

Pələng salatının hazırlanması üçün lazım olan ərzaqlar: 
  • Toyuq flesi – 1 əd.
  • Göy soğan – 3 dəstə
  • Yaşıl xiyar – 1 əd.
  • Kök – 3 əd.
  • Kartof – 4 əd.
  • Yumurta – 3 əd.
  • Qara zetyun (tumsuz) – 5-6 əd.
 Bu salatın hər layına aşağıdakı ərzaqlar vurulur:
  • Mayonez
  • Duz
  • İstiot
Hazırlanma qaydası: 
Öncəliklə suda bişirilmiş kartof, kök və yumurta sürtgəcin xırda gözündən keçirilir (Sürtgəcdən keçirdiyimiz yumurtanın ağından bir ovuc ayırıb saxlayırıq və 2 yumrtanın baş hissəsindən 2 halqa kəsib, pələngin gözləri üçün ayırırıq) Göy soğanları və xiyarı xırda-xırda doğranılır, toyuq filesini suda bişirlib, əldə didilir. Bir zeytunu iki yerə bölüb, pələngin qulaqlarını, digər birini isə bölüb pələngin burnu və kipriklərini kəsirik. Qalan zeytunları isə xırda-xırda doğrayıb, pələngin zolaqları üçün saxlayırıq.
Hazır olan ərzaqlardan öncə kartofu servis qabına qoyub, pələng formasına gətiririk (qeyd edim ki, hər düzəcəyimiz ərzaqdan sonra mayonez və düz istiot mütləqdir) daha sonra toyuq filesini, göy soğanı, doğranmış xiyar və yumurtanı səpib, üzərinə kökü əlavə edirik.
Öncə pələngin ağız nahiyyəsini yumurtanın ağı ilə düzəldirik, yarı böldüyümüz zeytunları, pələngin qulaq nahiyyələrinə qoyuruq və burnunuda yerləşdiririk. Nazik doğradığımız soğanları pələngin bığ nahiyyəsinə əlavə edib, gözlərini düzəldirik, göz bəbəklərini isə xiyar qabığından paxlava formasında kəsərək, gözlərin üzərinə qoyuruq. Kəsdiyimiz 6 ədəd nazik zeytunu isə, kiprik nahiyyəsinə yerləşdiririk. Ağzına bir balaca pamidor qoyaraq, pələngimizi soyuducuya qoyuruq, 1-2 saat saxladıqdan sonra servis edə bilərsiz.
Nuş olsun!!!

Daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz.
Əgər bu resept xoşunuza gəldisə , like etməyi və dostlarınızla paylaşmağı unutmayın.
Reseptlə bağlı istənilən sualı aşağıdakı şərhlər bölməsində verə bilərsiniz.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.