Sirlərlə dolu qadın dünyası
Kəsmikli bananın hazırlanma qaydası
Kulinariya

Kəsmikli bananın hazırlanma qaydası

Kəsmikli banan asanlıqla hazırlaya biləcəyiniz şiriniyyat növlərindən biridir. Bu gözəl dadlını hazırlamaq o qeder də asan deyil, amma bizim hazırladığımız videonun köməyi ilə bu şirninin hazırlanmasını öyrənə bilərsiniz.

Lazım olan ərzaqlar:

  • Marqarin yağı – 250 q.
  • Un – 500 q.
  • Yumurta – 1 əd.
  • Xama- 180 q.
  • Vanilya – 1 paçka
  • Qabartma tozu – 1 paçka

İçlik:

  • Kəsmik – 500 q.
  • Şəkər tozu – 200 q.
Xəmirimizi hazırlamadan öncə xamanın üzərinə kabartma tozunu əlavə edirik, xama köpməyə başladıqda,  unu, yağı və bir ədəd yumurtanı ən nəhayət vanilyanı əlavə edib xəmirimizi yoğurmağa başlayırıq. Xəmir yoğrulub hazır olandan sonra 5-10 dəq dincəlməyə qoyuruq.
Xəmir özünə gələndən sonra, balaca kündələrə bölüb, videoda göstərilən kimi xəmiri əzib acırıq, acdığımız xəmirin icinə kəsmiyi yerləşdirib, ağzını bağlayırıq. Hazırladığımız xəmirimizi banan formasına salıb,  200 dərəcə Selsidə sobamıza yerləşdiririk 10-15 dəq. bişiririk.
Hazır olan bananlarımızın üzərinə şəkər pudrası əlavə edib, servis edə bilərsiz.
Nuş olsun! Şərhlərinizi bildirməyi və paylaşmağı unutmayın.

Şərhlər

Diqqət! Əgər sizin şərhdə şəkil, video və ya link varsa, saytda yerləşdirilmədən əvvəl moderatorlar tərəfindən yoxlanılır.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.