Sirlərlə dolu qadın dünyası
Cudu hazirlanma qaydasi
Kulinariya

Çudu hazırlanma qaydası (video)

Xəmiri hazırlamaq üçün lazım olan ərzaqlar:
  • Un   – 500 q.
  • Maya   – 10 q.
  • Yumurta   –  1 ədəd
  • Duz    –  5 q.
  • Qatıq  – 2 yemək qaşığı
  • Su  –  apardığı qədər
  • Marqarin yağı   – 125 q.
İçliyin üçün lazım olan ərzaqlar:
  • Cəkilmiş ət – 300 q.
  • Zirinc – 100 q.
  • Soğan, duz, istiot (zövqə görə)
Xəmirimizi yoğururuq, yoğurduğumuz xəmir 10 dəq kənarda özünə gəlməsini gözləyirik, özünə gəlmiş xəmirdən  5 kündə hazırlayırıq, 5 kündəni yayıb daha sonra isə hər qatına marqarin yağı ilə yağlayırıq. Bütün qatları bu formada hazırlayırıq, ən üst qata yağ əlavə edilir. Daha sonra  isə qatları videoda olduğu kimi kəsib, əlimizlə bir balaca dartaraq qatlayırıq və 22 ədəd xəmirimiz alındı. Hazır olan xəmirimizi 10 dəq özünə gəlməsini gözləyirik.
İçliyi hazırlamaq üçün yuxarıda göstərdiyimiz ərzaqları bir-birinə qatıb, ət tam hazır olana qədər bişiririk.
Xəmirlərimizi, katalka vasitəsilə birbalaca acaraq ovucumuza alıb içliyimizi əlavə edirik, istərsə kənarını bükürük, istərsədə  üzü üstə qoyulur üzərinə yumurta cəkilir, bir balaca sumax səpilir, 220 dərəcədə 15-20 dəq bişirilir. Bişmiş cudularımızı soyuduqdan sonra servis edə bilərsiz. Nuş olsun!

Daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz.
Əgər bu resept xoşunuza gəldisə , like etməyi və dostlarınızla paylaşmağı unutmayın.
Reseptlə bağlı istənilən sualı aşağıdakı şərhlər bölməsində verə bilərsiniz.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.