Tərcummeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tərəfindən işə götürülən zaman tələb olunur. Bəzi şirkətlər CV forması ilə birlikdə Tərcümeyi-halıda tələb edir. Bəs Tərcümeyi-halı necə doldurmaq lazimdır?
Tərcümeyi halı doldurmaq üçün nə lazımdır:
- Adınız Atanızın adı Soyadınız
- Doğulduğunuz il və yer
- Bitirdiyiniz məktəb və unversitet
- İşlədiyiniz yerlər (vəzifəniz göstərilmək şərti ilə)
- Atanızın adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.
- Ananızın adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.
- Qardaş və bacılarınız varsa, onların adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.
- Həyat yoldaşınız və uşaqlarınızın adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.
- Formanın altında Adınızı (nümunədəki kimi), bu günkü tarixi və imza atmağı unutmayın.
Aşağıdakı nümunədə olan adları və iş yerlərini sizə aid olan məlumatlarla dəyişin.
TƏRCÜMEYİ-HAL
Mən Günel Arif qızı Məmmədova 1963-ci ildə Bakı şəhərində anadan olmuşam. 1980-ci ildə 191 nömrəli orta məktəbi bitirmişəm. Elə həmin M. Ə. Rəsulzadə adına Bakı Dövlət Unversitesinə daxil olmuş. 1984-cü ildə oranı bitirmişəm.
İnistutu və maqistraturanı bitirdikdən sonra labarant vəzifəsində işə girmiş, 1986-ci ildən baş müəllim vəzifəsində işləmişdir. 2010-cu ilədək orada işləmiş.
Atam, Arif Xəlil oğlu Mehdiyev 1930-ci ildə anadan olmuşdur, “CaspianDTL” şirkətində baş mühəndisidir.
Anam, Nailə Emil qızı Mehdiyeva 1933-ci ildə anadan olmuşdur, “Neft Emalı Zavod”unda mühasib vəzifəsində işləyir.
Qardaşım, Orxan Arif oğlu Mehdiyev 1955-ci ildə anadan olmuşdur. S. Vurğun adına Rus Dram Teatrında aktyordur, evlidir, iki uşağı var.
Ərim, Cavanşir Adil oğlu Məmmədov 1957-ci ildə anadan olmuşdur, “AdaTikinti” şirkətində Memar-Konstruktor kimi işləyir.
Oğlum, Fariz Məmmədov 1997-ci ildə anadan olmuşdur, uşaq bağçasına gedir.
G. A. Məmmədova
23/X-2010-cu il
__________
Bu məqalə AzeriLady.com saytının istifadəçilərinin xahişi ilə tərtib olunmuşdur. Tərcümeyi Hal nümunəsini yüklə