Sirlərlə dolu qadın dünyası
İşguzar qadın

Tərcümeyi hal formasını necə doldurmaq lazımdır

Tərcummeyi-hal təqdim etdiyi insan haqqında avtobioqrafik məlumatdır. Bu forma adətən dövlət orqanları, böyük şirkətlər və s. qurumlar tərəfindən işə götürülən zaman tələb olunur. Bəzi şirkətlər CV forması ilə birlikdə Tərcümeyi-halıda tələb edir. Bəs Tərcümeyi-halı necə doldurmaq lazimdır?

Tərcümeyi halı doldurmaq üçün nə lazımdır:

  1. Adınız Atanızın adı  Soyadınız
  2. Doğulduğunuz il və yer
  3. Bitirdiyiniz məktəb və unversitet
  4. İşlədiyiniz yerlər (vəzifəniz göstərilmək şərti ilə)
  5. Atanızın adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.
  6. Ananızın adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.
  7. Qardaş və bacılarınız varsa, onların adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.
  8. Həyat yoldaşınız və uşaqlarınızın adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.
  9. Formanın altında Adınızı (nümunədəki kimi), bu günkü tarixi və imza atmağı unutmayın.

Aşağıdakı nümunədə olan adları və iş yerlərini sizə aid olan məlumatlarla dəyişin.

TƏRCÜMEYİ-HAL

Mən Günel Arif qızı Məmmədova 1963-ci ildə Bakı şəhərində anadan olmuşam. 1980-ci ildə 191 nömrəli orta məktəbi bitirmişəm.  Elə həmin M. Ə.  Rəsulzadə adına Bakı Dövlət Unversitesinə  daxil olmuş. 1984-cü ildə oranı bitirmişəm.

İnistutu və maqistraturanı bitirdikdən  sonra labarant vəzifəsində işə girmiş, 1986-ci ildən baş müəllim vəzifəsində işləmişdir.  2010-cu ilədək orada işləmiş.

Atam, Arif Xəlil oğlu Mehdiyev 1930-ci ildə anadan olmuşdur, “CaspianDTL” şirkətində baş mühəndisidir.

Anam, Nailə Emil qızı Mehdiyeva 1933-ci ildə anadan olmuşdur, “Neft Emalı Zavod”unda mühasib vəzifəsində işləyir.

Qardaşım, Orxan Arif oğlu Mehdiyev 1955-ci ildə anadan olmuşdur.  S. Vurğun adına Rus Dram Teatrında aktyordur, evlidir, iki uşağı var.

Ərim, Cavanşir Adil oğlu Məmmədov 1957-ci ildə anadan olmuşdur, “AdaTikinti” şirkətində Memar-Konstruktor kimi işləyir.

Oğlum, Fariz Məmmədov 1997-ci ildə anadan olmuşdur, uşaq bağçasına gedir.

G. A. Məmmədova

23/X-2010-cu il

__________

Bu məqalə AzeriLady.com saytının istifadəçilərinin xahişi ilə tərtib olunmuşdur. Tərcümeyi Hal nümunəsini yüklə

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.