Sirlərlə dolu qadın dünyası
hamilelik_dovru
Hamilə qadın

Hamiləlik dövrü

Hamiləliyin bütün dövrü 3 trimestrə bölünür:

1-ci trimestr hamiləliyin 12-ci həftəsində, 2-ci trimestr hamiləliyin 24-cü həftəsində, 3-cü trimestr isə hamiləliyin 40-cı həftəsində baş verir.

1-ci trimestr. Birinci ay (4 həftə), ikinci ay (8 həftə), üçüncü ay (12 həftə). Mayalanmanın 7-ci günü (1-ci həftə) mayalanmış yumurta hüceyrəsi öz xovları vasitəsilə uşaqlığın selikli qişasına birləşdiyi yerdə ciftin (plasentanın) əmələ gəlməsi prosesi başlayır. Hamiləliyin 5-ci həftəsindən etibarən utrasəs müayinəsi zamanı uşağın ürək döyünməsi aşkar edilir. 9-cu həftədə dölün bədəni, başı formalaşır, ətraflarının, gözlərinin, burun və ağızın rüşeymləri əmələ gəlir. Döl kisəsində yerləşən dölün ətrafı dölyanı su ilə əhatə olunur.

Hamiləliyin bu dövrü üçün tipik əlamət – tez baş verən yorğunluqdur. Bu hal adətən hamiləliyin 14-20-ci həftəsində yox olur. Bu vəziyyətdən ən sadə çıxış yolu sadəcə olaraq çox yatmaqdır.

Hamilə qadınlarda progesteronun artmasını digər nəticəsi tez-tez baş verən yüngül dərəcəli bayılmalar və qəbizlikdir. Qəbzliyin profilaktikası üçün qida rasionunuza çoxlu maye (gün ərzində 6-8 stəkan), meyvə-tərəvəz qəbul etməli, yağlı qidalardan imtina etməlisiniz. Gavalı şirəsi içmək, gavalı, ərik qurusu, bişmiş çuğundur salatı yemək, gəzinti, yüngül idman hərəkətləri qəbizlik vaxtı çox kömək edir. Qadınları bu dövrdə göbələk inteksiyaları və böyüməkdə uşaqlığın oturaq sinirinə təzyiqi nəticəsində omba nahiyyəsində əmələ gələn ağrılar da narahat edə bilər.

Hamiləliyin başlanğıcında çox hallarda qadınları ürəkbulanma və qusma narahat edir. Ilk 3 ayda səhər ürəkbulanmadan 60-80% qadınlar əziyyət çəkir. Yadda saxlamaq lazımdır ki, adətən səhərlər başlayan belə ürəkbulanmaları bir çox hallarda hamiləlin ilk həftəsində sutkada 24 saar davam edı bilər. Şirə içməklə, turşaməzə meyvələr yeməklə bunun qarşısını ala bilərsiniz. Ürəkbulanma dözülməzdirsə həkimə müraciət edin. Onun yazdiği xüsusi müalic kursu ürəkbulanmanın aradan qaldırılmasında sizə kömık etmiş olarsınız.

2-ci trimestr.  Dördüncü ay (16 həftə), beşinci ay (20 həftə), altıncı ay (24 həftə).

Cift tam formalaşır, dölün cinsi aydın şəkildə müəyyən edilir. Bu trimestrdə üz formalaşır, qol və ayaq hərəkətləri aktivləşir və 5-ci ayın sonunda ana tərəfindən dölün tərpənməsi hiss olunur. Döl bu zaman diri doğula bilər və tənəffüz hərəkətləri edə bilir. Ancaq belə uşaqların adətən normal yaşamaq qabiliyyəti olmur.

16-cı həftədə (4 ay) ciftin inkişafı tamamlanır. Döl ciftə içərisindən damarlar keçən göbək vasitəsilə birləşmiş olur.

Hamiləliyin 2-ci yarısında dəmir defisiti anemiya (qan azlığı) baş verə bilər. Müalicə həkimi tərəfindən dəmir preparatları təyin edilməklə bu halın qarşısını almaq olar. Hamiləlik müddəti artdıqca qəbizlik güclənir. Böyüməkdə olan uşaqlıq yoğun bağırsağı sıxaraq onun funksiyasını çətinləşdirir. Bu zaman qidaya sıyıqlar, meyvə və tərəvəzlər daxil etmək çox vacibdir.

Təxminən bu dövrdə uşaqlıqdan cüzi miqdarda ağrısız, zəif iyli ifrazat gəlir. Hamiləliyin axırına yaxın bu ifrazat çoxalır. Bu hal hormonal fəaliyyətin aktivliyinin artması ilə əlaqədardır. Qanda estrogenin artması orqanizmi daha artıq miqdarda mayeni özündə saxlamağa vadar edir. Çünki bu maye ciftin qidalanması və kifayət qədər süd əmələ gəlməsi üçün çox zəruridir. Bu da son nəticədə ayaqlar, əllər və bütün bədəndə şişkinliyin əmələ gəlməsinə səbəb olur. Bu səbəbdən şişkinlik olan dövrdə üzük taxmağınız məsləhət deyil.

3-cü trimestr. Yeddinci ay (28 həftə), səkkizinci ay (32 həftə), doqquzuncu ay (36 həftə), onuncu ay (mam ayı) (40 həftə).

Bu zaman dölün orqanları formalaşaraq fəaliyyətdə olurlar. Dölün dərialtı piy zəif, dəri qırışlı, ətraflarda dırnaqlar inkişaf etməmiş olur, oğlan uşaqlarında xayalar hələ ki, xaya kisəsinə enməmişlər. Dölün hərəkətləri bir qədər azalaraq dalğavari xarakter almış olur. Bu zaman dölün xeyli hərəkətli dövrləri onun tam sakit dövrləri ilə əvəz olunur. Gün ərzində dölün hər 40 dəqiqəlik aktivlik dövründən sonra 20 dəqiqəlik yuxu dövrü başlayır. 28 həftəlikdə doğulan uşaq həyat qabiliyyətli olur.ancaq vaxtından qabaq doğulduğu üçün yalnız ona çox diqqətli tibbi qulluq təşkil edildiyi halda sağ qala bilir. Doqquzuncu ayın sonunda yarımçıqlıq əlamətləri keçir və döl yetkin şəkildə doğula bilir.

Bəzi qadınlarda hamiləliyin sonunda təngənəfəslik də əmələ gəlir. Çünki böyüməkdə olan körpə anaya tam dolğun şəkildə nəfəs almağa mane olur. Doğuşa 1 ay qalmış dölün kiçik çanaq boşluğuna enməsi ilə bu hal keçib gedir. Bəzən hamiləliyin sonuna yaxın qadınlar çətin yuxuya gedir, bəzi hallarda isə onlarda yuxusuzluq baş verir.  

Mənbə : Hamiləlik və doğuş 1 yaşına qədər uşaqlara qulluq” kitabı

Şərhlər

Diqqət! Əgər sizin şərhdə şəkil, video və ya link varsa, saytda yerləşdirilmədən əvvəl moderatorlar tərəfindən yoxlanılır.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.