Doğuşdan sonrakı depresiyanı necə aradan qaldırmaq olar
Müəllif : Tovuz Muxtarova | Hamilə qadın | 21-01-2012 | Oxunub: 1,182
7
Artıq ANA olmusunuz, amma sanki nə isə çatışmır, hər şeyə narahat olur, acıqlanır, hər dəqiqə ağlamaq və özünə güvənsizlik hissi yaranır. Hətta elə anlar olur ki, dünyaya min bir əziyyətlə gətirdiyin uşağı günahlandırmağa başlayırsınız ki, hər şeyin günahkarı heç bir günahı olmayan balaca körpənizdir. Bu doğuşdan sonrakı depressiyadır. Bunu demək olar ki, ana olan qadınların çoxu yaşayır, lakin cəmiyyətimizdə qınanılacağından qorxaraq əksəriyyət qadınlar bunu özü-özünə belə etiraf etməyə çəkinir. Əslində yeni ana olmuş qadını hər cürə mənəvi dəstəkləmək əvəzinə qınamağa başlayırlar, amma bu 9 ay gözlədiyi körpəsinin dünyaya gəlməyini hamıdan çox istəyir və ona canla-başla baxır, lakin artıq aylardır yüklənmiş bədən və üstəlik doğuş zamanı keçirdiyi stress ananın uşağa istədiyi kimi baxmağa mane olur, yuxusuz gecələr, uşağın ağlamağı onu bu stress vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarır. Evdə də ananın bu vəziyyətini başa düşülmürsə, qadın daha da özünə güvənini itirir, axı aylardır çəkdiyi əziyyət onu da yormuş və onun da qayğıya ehtiyacı vardır.
Əsasən doğuşdan sonrakı depressiyanın 3 tipi vardır:
- Doğuş qurtarandan sonra bir neçə sutka ərzində olur. Bu zaman qadın özünü güvənsiz, aciz hiss edir, davamlı olaraq qadını ağlamaq və qorxu hisləri bürüyür.
- Yüngül formalı depressiya – bu bir neçə gündən bir həftəyə qədər davam edə bilər, tənhalıq, köməksizlik və qorxu hissləri ilə müşahidə olunur.
- Xroniki depressiya – bu doğuşdan sonrakı ilk 3 aydan 1 ilə qədər, hətta ağır hallarda 3-4 ilə qədər davam edə bilər. Bu zaman ən adi işlərin görülməsi mümkünsüz və dözülməz olur, qadın davamlı olaraq həyəcan və qorxu içində yaşayır.
Bəs nə etməliyik ki bu vəziyyətdən tez bir zamanda qurtulaq və uşağa lazımınca diqqət yetirək:
1. Deməli, ana olduğunuz andan başlayaraq siz əvvəllər öyrəşdiyiniz həyat tərzindən çox uzaqlaşırsınız, heç nə əvvəlki kimi olmur, məsələn ən sevdiyiniz filmi və yaxud verilişi izləyə bilmirsiniz, buna nə imkanınız, nə də vaxtınız çatır. Ən yaxşı iş görə-görə radionu açın və musiqiyə qulaq asın, xəbərləri dinləyin. Bu yolla ən azından dünyada baş verən hadisələrdən xəbərdar olarsınız. Həm musiqi dinlədikcə əsəbləriniz sakitləşər, eyni zamanda gördüyünüz işlər də əyləncəli olar.
2. Çalışın sizin üçün ən vacib olan işləri görəsiniz, çünki evinizdə əvvəlki ideal təmizliyinizi saxlamağa sizin sadəcə olaraq gücünüz çatmayacaq. Düşünün ki, evin bu vəziyyəti müvəqqətidir, indi siz bütün enerjinizi və gücünüzü uşaq üçün sərf etməlisiniz, çünki onun daha çox sizə ehtiyacı var, bunu unutmayın.
3. Unutmayın ki, hərdən siz də özünüzə vaxt ayırmalı, salona getməli, üzünüzə saçınıza qulluq etməli, mağazaları gəzib alış-veriş etməyə ehtiyacınız var. Bunun üçün yaxınlarınızın birindən kömək istəməkdən heç də çəkinməyin, onlar böyük məmnuniyyətlə 1-2 saatlıq körpəyə baxmaqdan zövq alacaqlar.
4. Sizin üçün ən vacibi həm də dincəlməkdir. Çalışın özünüz üçün yuxu saatları müəyyən edin, yaxşısı budur bu gündüz vaxtlarına təsadüf etsin. Körpə yatmışkən siz də yatın. Sadəcə olaraq gözünüzü yumun və heç kimlə söhbət etməməyə çalışın, dincəlin. Kofeyin tərkibli içkiləri içməyin bu əsəbililiyi artırır.
5. Uşaq yatmışikən kitab oxuyun, bu ananın fikrini yayındırıb və əsəbi vəziyyətdən çıxarmağa kömək edəcək.
6. Vanna qəbul edin, telefonu söndürün, gimnastikayla məşğul olun. Bu sizin hamiləlik və doğuşdan sonra korlanmış bədən formanızın yenidən bərpa olunmasına kömək edəcək.
7. Uşaqla gəzintiyə çıxan zaman yaxşı geyinin, saçlarınızı düzəldin, kosmetikadan istifadə edin. Bu sizə əvvəlki güvəninizi qaytarmağa kömək edəcək. Yolda dost-tanışlarla rastlaşdınız zaman sizi yaxşı vəziyyətdə görüb doğuşdan sonra gözəlləşdiyinizi söylədikləri zaman özünüzə güvəniniz yenidən bərpa olunmağa başlayacaq…
UNUTMAYİN!!!
ÖZÜNÜZÜ YAXŞI ƏHVAL-RUHİYYƏDƏ KÖKLƏYİN.
DÜŞÜNÜRSÜZ Kİ, UŞAQLARI OLMAYAN YAXINLARINIZIN HƏYATLARI ÇOX ASANDIR? AMMA ONLAR BAŞLARINI NE ILƏ QATACAQLARINI BİLMİRLƏR, AMMA SİZ BALACA KÖRPƏNİZLƏ HEÇ DARIXMIRSIZ. KÖRPƏNİZ SİZİN MÖCÜZƏNİZDİR, BUNU UNUTMAYIN VƏ ONUNLA ÖZÜNÜZÜ XOŞBƏXT HİSS ETMƏYƏ ÇALIŞIN VƏ BU SİZDƏ ALINACAQ GÖRƏCƏKSİNİZ!!!
Populyarlığı: 2%
Azerilady.com



salam mende dogusdan 5-6 ay sonra narahatciliqlar basladi ve usagin 1 yasina qeder siddetlendi basim cox agriyirdi sanki goyde ucurdum saat kecmirdi her an olmeyimden qorxurdum bedenimi ele bilki nese disleyirdi pro.kamal dokturun yanina apardilar elime iyneler duzduler hec bir seye alergiyam yoxmus basimi merkezi klinikada aparata saldilar hec bir sey basimda yoxmus…yasayis yerimi deyisdim yene bir sey cixmadi yoldasim rusla evienib menden sonra 2 usagi oldu bosandim yaxsi olum yene hecne olmadi artiq bir muessenin muduruyem evim var usagimin 13 yasi var qizdi atasi ile hec bir elaqemiz yoxdu olmasinida istemirik hekimler meni o vaxt fenazepama oyresdirdiler alergiyaya gorede diyazalina yeni cimcesmeye gore ne qeder ozumle mubarize apardim indi heftede mutleq 2 fenazepam atmaliyam 2000 ci ilden bu beledir cimcesen kimi diyazalin atiram axirinci 2-3 il merkezi klinikadaki hekimim mene reksetin ve ksanaksdan istifade etmeyi tapsirib 3 ildir istifade edirem yene xeyrini gomedim ve hekimime yalvardim ki komey edin fenazepami terkidim dedi artiq qanina hopub dedim qanimi deyiserem dedi beynine hopub beynini ki deyise bilmezsen 12 il bir xesteliyden eziyyet cekirem yerdeyem goydeyem bilmirem yasamagda istemirem olmekde surunurem amma qizimi cox sevirem xahis edirem mene komek edin
Salam.Menim usaqin bes yasi var.Allah butun usaqlari qorusun.Men de usaqdan sonra cox pis olmusdum.Demek olar dord ile yaxin depressiyada olmusam.Hec kime arzulamiram.O geder eseb dermanlari gebul eliyirdim ki,axirda bedenim goturmurdu.Indide ozumu hec yaxsi hiss elemirem.Tez eseblesirem.En dehsetliside odur ki,hec kim seni basa dusmur.Psixoloqa hec muraciet elememisem.Amma hekimlerin coxusu deyirdi,tek qalsam duzelecem.Bizim de tek qalmaqa imkanimiz yoxdu.Yoldasimin ailesiyle bir yerde yasayiriq.Usaqim olmasaydi bir gunde qalmaram.Neyse,insan ancaq yaxsi olanda hami istiyir.Hamiya yaxsi olmaqı arzulayıram,hər seye rağmən.
cox gozel yazmisiz.mende 2 usaq dunyaya getirmisem ozdeki dalbadal .cox pis olmusam ozumu cox yalqiz hiss edirem .eseblesirem usaglarin usdune aciqlaniram sonrada pesmanlayib aglayiram .
birdeki x’b'r yerleshdirmek olmur burda?
Xəbər yerləşdirmək istəyirsinizsə, əlaqə forması vasitəsilə Administratora müraciət edin.
salam. men burda yeniyem saytda deyesen yenidir? burda qeydiyyatdan kechmek lazim deyil?
Saytda informasiya tamamilə azad şəkildə yayılır və istənilən informasiyanı qeydiyyatsız istifadə etmək olar…