Azərbaycan Respublikasının 9 milyonuncu sakini
Müəllif : Fuad Muxtarov | Hamilə qadın | 24-01-2010 | Oxunub: 2,928
0
Dövlət Statistika Komitəsinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış məlumatına əsasən 14 yanvar 2010-cu il tarixdə saat 23.00-dan başlayaraq Azərbaycan Respublikasının 9 milyonuncu sakininin dünyaya gəlməsi gözlənilirdi. Bu mühüm hadisə 15 yanvar 2010-cu il tarixdə saat 05.10-da Naxçıvan Muxtar Respublikasının Babək rayonu Cəhri kəndinin yaşayış qeydiyyatında olan Əhmədovlar ailəsində baş verdi.
9 milyonuncu sakin olan uşaq 15 yanvar 2010-cu il tarixdə saat 05.10-da Naxçıvan Doğum Mərkəzində 2900 qram çəkisində, 50 santimetr boyunda oğlan cinsində doğulmuşdur. Ailənin 2-ci övladıdır.
Naxçıvan MR-nın Səhiyyə Nazirliyindən alınan məlumata əsasən ana və 9 milyonuncu sakin sayılan uşağın vəziyyətləri qənaətbəxşdir.
Mənbə: Azərbaycan RespublikasıSəhiyyə Nazirliyi
Populyarlığı: 2%
Azerilady.com


