Şəxsiyyət vəsiqəsini dəyişmək üçün nə lazımdır?
Müəllif : Fuad Muxtarov | Faydalı olar | 07-05-2010 | Oxunub: 805
2
Şəxsiyyət vəsiqəsini dəyişməyin səbəbi müxtəlif ola bilər. Ümumiyyətlə, Azərbaycan Respublikasının vətəndaşlarına 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəziyyəti dəyişdikdə şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Şəxsiyyət vəsiqəsi qeydiyyatda olduğunuz ərazinin Rayon Polis İdarəsində (RPİ-də) dəyişdirilir. Toplanmış lazımı sənədlər RPİ-ə təqdim olunur. Bu sənədlər aşağıdakılardır:
- Köhnə şəxsiyyət vəsiqəsi (kserosurəti ilə)
- 3 ədəd 3×4 sm ölçüdə rəngli foto şəkil
- Mənzilin orderi və ya qeydiyyat vəsiqəsi(Kupça – kserosurəti ilə)
- Yaşayış yerindən ərizə
- Nigah haqqında şəhadətnamə (kserosurəti ilə)
- Hərbi bilet (kserosurəti ilə)
- Tibbi arayış (yalnız birinci dəfə alanlara aiddir)
- Dövlət rüsumunun ödənilməsi haqqında qəbz
- 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. Yalnız yuxarıdakı sənədlərə doğum haqqında şəhadətnamə (kserosurəti ilə) təqdim olunmalıdır.
- 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: üç iş günü müddətinə verildikdə - 5 manat , üç iş günündən sonrakı müddətdə verildikdə - 1 manat
- Azərbaycan Respublikasının vətəndaşlarına 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə - 2 manat
- Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə, onun dəyişdirilməsinə görə - 3 manat
- Azərbaycan Respublikası vətəndaşlarının eləcə də keçmiş SSRİ vətəndaşlarının qeydiyyata alınmasına görə - 2 manat
Şərhlərinizi bildirməyi unutmayın!
Populyarlığı: 9%



Müəllifə təşəkkürlər. Ancaq mən başa düşə bilmədim qanun puzuntusu olduğunu niyə sübut etmək çətindir ki?
Qardaş sən deyəsən Azərbaycanda qalmırsan, yoxsa elə sual verməzdin…