Yağlı saçlar üçün maska
Müəllif : Tovuz Muxtarova | Dəriyə qulluq/Maskalar | 06-12-2009 | Oxunub: 9,225
3
Yağlı saçlar hər bir qadının baş bəlasıdır. Bununla mübarizə aparmaq, salonlara gedib məsləhətlər almaq xeyli vaxtımızı alır. Hər bir Qadın özünə qulluq etməyi bacarmalıdır.
Yağlı saçlar üçün ən yaxşı maska gənəgərçək yağı ilə soğan suyunun qarışığıdır. Gənəgərçək yağı apteklərdə satılır. Hərəsindən 2 qaşıq olmaq şərtilə gənəgrçək yağı və soğan yaxşıca qarışdırılır. Başınızı yumamışdan yarım saat qabaq saçların dibinə həmin qarışığı çəkib, başınız polietilen papaq və ya dəsmalla örtüb, yarım saat gözləyin, yarım saatdan sonra saçları adi qaydada yuyun. Bu çox faydalı maskadır, yeganə mənfi cəhəti soğan iyinin olmasıdır.
Populyarlığı: 10%
Azerilady.com


saclarim yaglanir ve tokulur.ne meslehet gorursuz elecede uzde qara tockalar olur onlarla nece mubarize aparim
saclarim tez tez tokulur
Salam.Menim saclarim hem tez tez yaglanir hem de tokulur.Bununla bagli mene mesleget verseniz sevinerdim.
Evvelceden tewekkur.