Üzümüzdəki sızanaqlara yox deyək…
Müəllif : Tovuz Muxtarova | Dəriyə qulluq/Maskalar, Faydalı olar | 18-04-2010 | Oxunub: 12,029
21
Üzdəki sızanaqlar insanı həmişə narahat edir və ən lazımsız vaxtda peyda olur. Üzdə sızanaqlar müxtəlif səbəblərdən yarana bilər, məsələn çoxlu şirniyyat, şokolad yemək, daxili problemlər və s. Bunun nə qədər xəşagəlməz olduğu hamımıza məlumdur. Ancaq bununla mübarizə aparmaq mümkünsüz deyil. Bu problemdən köklü şəkildə canınızı qurtarmaq istəyirsinizsə, onda məsləhət budur həkimə yaxud kosmetoloqa müraciət edəsiniz. Amma üzünüzdə sızanaqlar nadir hallarda yaranırsa, onda onunla mübarizə aparmaq ev şəraitində də mümkündür. Ən əsası bir neçə məsləhətlərə qulaq asmaqla və məsləhət gördüyümüz reseptdən istifadə etsəniz istədiyiniz nəticəyə gələ bilərsiniz. Əvvəlcə ondan başlayaq ki, əlinizi üzünüzə çalışın mümkün qədər az vurun, üzünüzdə yaranan sızanaqlara toxunmayın verəcəyim resept onu hətta 2-3 istifadəyə yoxa çıxarır. Onu hazırlamaq çox asandır, bunun üçün bizə aşağıdakılar lazımdır:
- rezorsin spirti ( резецированный спирт) 40 ml – 3 ədəd
- streptosid (стептоцид) - 5 ədəd
- levomisitin (левомицитин) - 5 ədəd
Göstərilən dərmanlar bütün apteklərdə həkim məsləhəti olmadan satılır. Heç bir ziyanlı təsiri yoxdur dəriniz üçün. Streptosid ve Levomisitinin hərəsindən 5 ədəd götürüb qabda yaxşıca əzib toz halına gətiririk, üzərinə rezorsin spirti tökürük. Qeyd etdiyimiz kimi 40 ml-lik şüşədən 3 ədəd olmaqla umumilikdə 120-150 ml-ə qədər ola bilər. Hamısını birlikdə qarışdırıb bir müddət saxlamaq lazımdır. Çalışın ki qarışığı ağzı kip qabda saxlayasınız spirt uçub gedə bilər. Bir müddətdən sonra ondan istifadə edə bilərsiniz. Xatırladim ki, həmin qarışığı ancaq sızanağın üstünə vurmalısınız. Məsləhət görülür ki, axşam yatmamışdan qabaq pambıqla üzünüzə çəkəsiniz. Artıq səhər onun effektini öz üznüzdə görəcəksiniz. Bu sınanmış bir reseptdir və hər zaman istifadə edə bilərsiniz. Gözəl və qüsursuz olmaq öz əlimizdədir çalışaq gözəl görsənək Əziz Xanımlar…
Populyarlığı: 12%
Azerilady.com


Men istifade etmeyi dusunurem. bu vaxta qeder uzume her cur maska cekmisem ama hec bir neticesi olmayib. istifade edib goreceyem insallah yaxsi olar
nece gun isifade etmek olar.
cox saaaaaaggg ooooollll!!!!!!!!!!!!
Salamlar. Men bu mehluldan istifade etdim cox gozel effekti var. Eladi. Bir elave meslehetim var ki, bu mehlulu hazirlayib 3 gun qaranliqda saxladiqdan sonra istifade etseniz daha gozel olar. Tewekkurler.
bu gune qeder sepkilerim ucun etmediyim maska qamamisdi artix hec bir maskaya inanmirdim taki bu maskani gorene qeder ik seferden ozunun efektini gosterir cooooooooooooow beyendim coooooooooox sag olun twk
ELA…
men istifade etdim. cox gozel…
inanilmazzzz…
Istifade ederem uzume her sey vurmusam amma sizanaqlar getmir ki getmir
of
amma menim uzume evde hec ne surtmeye qoymullar ki nese olar uzume
hazirladigimiz mehlulu nece gun saxlayib, sonra uze cekmek lazimdir?
İstifadə edəcəm,amma bir şeyi bilmək istərdim.Mənim dərim kambinirıvıdı.Yanı,alın hissəm nəmli,üzümün digər hissələrində bir qədər quruluq olur.Onun quru dəriyə və ya əksinə təsiri necədir…?Əvvəlcədən təşəkkürlər…
zehmet olmasa bunlarin adi ingilisce nece olar men apteke getdim dediler bizde bele derman ve spirt yoxdu men kuveyitde yasayiram
cox sag olun
salam man bu resepdan istifada etmisam cox yaxsi tasir edir uzdaki sizanaqlari qurudur va darina agardir
mene maraqlidi bu resepti istifade edenden sonra uzde hec bir prablem olmaz?
mehlulu hazirlayib vurmaq lazimdi yoxsa bir muddet saxlayib vurmaq?????
Mehlulu hazırlayandan 2-3 saat sonra istifadə etmək məsləhətdir.
Bundan istifade edecem. sadece olaraq bilmek isteyirem nece gun qalmalidir bu resept.Gozel meslehetler verirsiniz.
Axşam yatmamışdan qabaq üzünüzün sizanaqlı olan bölgələrinə yuxarida göstərilən qaydada sürtün və yatın. Səhər duranda üzünüzü yaxşıca yuyun. Efekt özünü gün ərzində göstərməlidir.