Qan qrupu xasiyyəti müəyyənləşdirir
Müəllif : Fuad Muxtarov | Faydalı olar, Sağlamlıq | 10-05-2010 | Oxunub: 9,331
6
İnsanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir. Son zamanlar psixoloqlar və hematoloqlar insanın temperamentinin qan qrupundan birbaşa asılı olduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Onların fikrincə, qan insanın xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir. Ümumiyyətlə, bununla bağlı araşdırmaları ən çox yapon alimləri aparıblar. Hələ 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «hansı bürcdənsən?» deyil, «qan qrupun hansıdır?» sualıdır. Yaponların fikrincə, qan qrupu insanın xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.Populyarlığı: 5%
Azerilady.com


Saçların yaxşı görünməsi və sağlam olması üçün onu düzgün yumaq və daima qulluq etmək lazımdır. Başın yuyulması saçın çirklənməsindən aslı olaraq 2-3 gündən bir olmalıdır. Təcrübə göstərir ki, uzun müddət yuyulmayan saçlarda cirk saçın köklərinə yapışır. Nəticə etibarı ilə baş nəfəs almır, saçlarınızın sağlamlığı təhlükə qarşısında qalır. Amma bu o demək deyil ki, saçları hər gün yumaq lazımdır. Cünki bu zaman saçlar xüsusi müdafiə təbəqəsini itirir və kövrəkləşir. Müxtəlif saç xəstəlıklərinə qarşı həssas olur.