This movie requires Flash Player 9
Azerilady.com Rss

Azərbaycanın birinci xanımı

Müəllif : Fuad Muxtarov | Məşhurlar | 26-08-2010 | Oxunub: 5,210

0

Mehriban Əliyeva Bakıda məşhur ailədə anadan olub. Atası Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.

Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-92-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Populyarlığı: 5%

“Sərçəcik” müğənni – Edit Piaf

Müəllif : Nərmin Muradova | Mədəniyyət, Məşhurlar | 28-03-2010 | Oxunub: 1,612

5

O, ilk dəfə kabare dinləyicilərinə belə təqdim olunur. Onun bayır paltarı yoxdur. O, qrimsiz və corabsızdır. Bax, bu Parisin övladıdır. Onu qəbul edin Edit Piaf. Müğənni qadınların həyatından bəhs edən ən gözəl, ən səssiz, ən mülayim, mahnı qədər həzin film – “Çəhrayi rəngli həyat” məhz məşhur Fransız müğənnisi Edit Piafın kədərli olduğu qədər də gözəl həyatından bəhs edir. O, sevimli olub. Ona Parisin “sərçəcik” müğənnisi deyiblər və deyirlər də. Oxuduğu mahnılardan birinin sözləri kimi “sərçə kimi doğuldum, sərçə kimi yaşadım, sərçə kimi öldüm”.

Populyarlığı: 3%

Ayan Babakişiyeva: “Xalqa özümü ciddi ifaçı kimi tanıtmışam”

Müəllif : Nərmin Muradova | Mədəniyyət, Məşhurlar | 17-03-2010 | Oxunub: 1,317

2

“Bütün telekanalların qapısı mənim üçün pulsuzdu”

Çox gənc yaşlarında sənətdə ilk addımlarını atdı. Amma uşaqlıqda müğənni olacağı ağlına belə gəlməzdi. Oxuduğu mahnıları onu məhşurlaşdırdı. Çünki ciddi və inandığı mahnılara üstünlük verir. Tez-tez efirlərdə görünmək arzusunda deyil. Amma bütün efirlərin qapısı onun üzünə açıqdır. Onun fikrincə, ciddi layihələrin, gözəl əsərlərin olmasa ekranda görünməyin mənası yoxdur.  Bu müğənni Ayan Babakişiyevadır. 

Populyarlığı: 2%

“Mən bütün dünya üçün çəkirəm”

Müəllif : Nərmin Muradova | Mədəniyyət, Məşhurlar | 17-03-2010 | Oxunub: 2,176

3

Ssenarist, rejissor və prodüser Fayt Helmer ilk filmini 14 yaşında çəkib. Münhen Kino Məktəbinin məzunudur. Almaniyada daha çox qısametrajlı filmlər rejissoru kimi tanınır. Onun rusiyalı aktrisa Çulpan Xatamovanın iştirakı ilə çəkdiyi “Tuvalu” filmi 62 kinofestivalda nümayiş olunub. 2002-ci ildən “master-klass”lar təşkil edir və müxtəlif ölkələrdə tələbələrlə eksperimental filmlər çəkir. Rejissorun Bakıya gəlişindən istifadə edib onunla həmsöhbət olduq.  

Populyarlığı: 2%

Aygün Kazımova

Müəllif : Fuad Muxtarov | Məşhurlar | 24-01-2010 | Oxunub: 3,721

3

Kazımova Aygün Ələsgər qızı 26 yanvar 1971-ci (Qaban ili) ildə Bakı şəhəri Nizami rayonu 1 nömrəli doğum evində (Dolça bürcü altında) dünyaya gəlmişdir. Ailənin dördüncü – sonuncu övladıdır. Dünyaya gəlməsi planlaşdırılmayan Aygün 7 aylığında ikən vaxtsız doğulub. Atası Ələsgər bəy doğum evinə heç Aygünü götürməyə belə getməyib. Onu evə anası Fizzə xanım və nənəsi birgə gətirib. İlk günlər acığından Aygünün üzünə belə baxmayan atası bir gün ötəri olaraq körpə Aygünün gül üzünə baxır və həyəcan keçirir .Çünki körpə Aygünün Böyük Vətən Müharibəsinə gedib-qayıtmayan qardaşına çox bənzədiyini görür…Həmin gündən atası balaca Aygünü “əlinin içində” saxlamağa başlayır, onun bütün istəklərini yerinə yetirir və onu çox ərköyün böyüdür.

Populyarlığı: 3%

Monika Bellucci

Müəllif : Fuad Muxtarov | Məşhurlar | 06-12-2009 | Oxunub: 2,818

5

Monica BellucciMonika Bellucci – İtaliyanın ən məhşur model və aktrisadır.

Monika 30 sentyabr 1964-çü ildə İtaliyanın Citta-di-Kastello şəhərində dünyaya göz açıb. Ailəsinin kasıb olmasına baxmayaraq, valideynləri Monikanın bütün ehtiyaclarını qarşılamağa çalışırdılar.

Gənc yaşlarından gözəlliyi ilə hamını heyran edirdi. Məktəbdə qızlarların Monikadan zəhləsi gedirdi. Çünki, o gələndə oğlanların fikri onun üzərində cəmləşirdi.

Hamı Monikanın model kimi görürdü. Lakin, onun arzusu hüquqşünas olmaq idi. 1986-cı ildə Perudji Universitetinin hüquq fakültəsinə daxil olan Monika öz arzusuna çatır.

Müstəqil şəkildə yaşamaq və maddi ehtiyaclarını ödəmək  üçün unversitetin 1-ci kursundan model kimi işləyir. Model biznesində bir sıra uğurlar əldə edir.

Populyarlığı: 2%