Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,278
0
Bizim ailələrdə və yeməkxanalarda çox iştahla yeyilən əziz xörəkdir. Mümkün qədər qoyunun çox yağlı döş-maçasından, peysər, sərdəs ətindən bişirilir. Pitiyə ətlə bərabər quyruq da salınsa daha ləzzətli olar. Piti sümüklü ətdən də bişirilir. Saxsı külpələrdə bişirilən piti xüsusilə ləzzətli olur.
Populyarlığı: 2%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,118
0
Bunun əti mümkün qədər yağlı və yumşaq olmalıdır. Bir qazanda noxud bişirilir, eyni zamanda yuyulmuş yumşaq ət doğrandıqdan sonra ət maşınının xırda gözündən soğanla birlikdə keçirilir. İçinə yuyulmuş düyü qatılır. Nanə, kəvər doğranır, yumurta vurulur, duz, istiot, bir qədər də un vurulub əllə qarışdırılır. Küftələri hazırlayanda içərisinə alça və ya ərik qurusu qoyulur. Yarıbişmiş noxud qazana tökülür. Küftənin əti bir qədər bişdikdən sonra qazana soyulub yuyulmuş kartof, alça, olmasa quru alça salınır. Bişdikdən sonra dərin qablara çəkilib süfrəyə verilir. Süfrəyə sumaq da qoyulmalıdır.
Populyarlığı: 1%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,263
0
Mümkün qədər yağlı südü qazanda qaynadırlar. 4 stəkan südə 1 stəkan düyü götürürlər. Təmizlənib yuyulduqdan sonra südün içərisinə töküb, bir az duz salırlar, yavaş-yavaş bişirirlər. Düyü bişdikdən sonra qazana zövqə görə şəkər salır, gülab töküb bir az qaynadırlar. Bişdikdən sonra götürüb, qablara çəkib yeməyə verirlər. Bunu soyuq halda da yemək olur.
Populyarlığı: 1%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,067
0
Azərbaycanın bütün rayonlarında xüsusən da yay-yaz aylarında yeyilən, ən asan və təmiz həzmə gedən yüngül yeməklərdən biridir. Belə hazırlanır: iri bir qaba qatıq və ya süzmə qoyulub su ilə atılanır. Yuyulmuş keşniş, şüyüd, goy soğan və xırda-xırda doğranmış xiyar, çörək bunun içinə tökülür duz atılıb qarışdırılır, sonra isə qablara çəkilib yeyilir.
Populyarlığı: 1%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,106
0
Bu Azərbaycanın bir çox ailələrinin sevimli xörəyidir. Bunu əməköməci, cincilim, ispanaq, keşniş, şüyüd, nanə kimi göyərtilərdən bişirirlər. Əməkömənci, cincilim olmadıqda ispanaqdan istifadə edirlər. Yuxarıda göstərilən göyərtilər təmizlənir, doğranır, yuyulur. Soğanı yağda qızardıb üstünə su tökmək qaynara düşdükdə isə düyü və duz əlavə etmək lazımdır. Düyü bişənə yaxın doğranmış göyərti qazana tökülür, bulyon da əlavə edilsə daha dadlı olar. Qazana narşərab və yaxud alça turşusu, istiot tökülür. Bişən kimi götürülür. Bu da dovğa kimi həm isti, həm də ilıq halda yeyilə bilər.
Populyarlığı: 1%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,754
0
Dovğa həm ətli, noxudlu, ətsiz noxudsuz bişirilir. Ətli, noxudlu bişirilirsə, yuyulmuş ətin yumşaq hissəsindən kəsilib ət maşınından keçirilir. Həmin qiymədən xırda küftələr hazırlanır və suda bişirilir. Noxud da, düyü də ayrılıqda bişirilib hazır saxlanılır. Bəzən düyünü qatığın içində bişirirlər. Bu zaman düyü bişənə qədər qatığı arasıkəsilmədən bulamaq lazım gəlir.
Populyarlığı: 1%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 4,323
0
İstər yağlı qoyun, istərsə də yağlı mal ətini yuduqdan sonra sümükdən ayırır və ət maşınından soğanla birlikdə keçirib qiymə edirlər. Qiyməyə duz, istiot vurub əllə qarışdırırlar. Ətdən ayrılmış sümükləri qazana salıb qaynadırlar ki, bulyon alınsın. Yaxşı olar ki, soğanı ayrı qabda qızardıb həmin bulyona tökəsiniz. Bu zaman düşbərə daha dadlı və qidalı olur.
Populyarlığı: 1%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 40,318
23
Bu, ətsiz olur. Baş soğanı halqa-halqa doğrayıb yağda qızardırlar. Üstünə su tökdükdənsonra quru əvəliyi xırda-xırda ovub həmin suya əlavə edilir. Kənarda bir dayaz qaba ailə üzvlərinin sayına münasib un qoyulur. Ona bir az narın duz qatdıqdan sonra su çiləyib iki əllə ovuşdururlar.
Populyarlığı: 12%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,379
0
Əgər qoyun əti ilə bişirilirsəəti təmiz yuduqdan sonra sümüklə birgə xırda-xırda doğrayır və qazana tökürlər.Xörək mal ətindən bişəsidirsə, yumşaq ət sümüklərdən ayrılır.İri sümüklər qazandakı suya salınır. Ət isə ət çəkən maşının iri gözündən keçirildikdən sonra duzlanır, xırda küftələr tutularaq sümük olan qazana tökülür. Tez-tez kəfi alınır. Yaxşı bişdikdən sonra mal ətinin iri sümükləri qazandan çıxarılır. Ət bişənədək, ayrı qabda qızardılmış baş soğana pomidor və ya tomat töküb bir qədər qaynatdıqdan sonra ət qazanına boşaldırlar.
Populyarlığı: 1%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,673
0
Xəmir xörəkləri insan mədəsində yaxşı həzm olunur. Bu xörəklər bədəncə zəif adamlar üçün daha məqsadəuyğundur. Belə xörəklər də qoyun, toyuq və mal əti ilə hazırlanır. Ət olmadıqda süd və ya yağda qovrulmuş soğanla da bişirmək olar.
Populyarlığı: 1%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,309
1
Mal və ya qoyun ətinin sümüklü hissələrindən bir qədər iri doğranılıb bişirilir. Tez-tez kəfi alınıb duz tökülür. Baş soğan kənarda halqa-halqa doğranıb yağda qızardılır. Qızardılmış soğana pomidor, yaxud tomat tökülür. Xırda doğdanmış kələm, çuğundur, yerkökü əlavə edilir və hamısı birlrkdə bir az qovrulur. Sonra isə onu ət qaynayan qazana tökür və yenidən bişirirlər. Qazana istiot səpilsə xörək daha dadlı olar. Yeyilən zaman borşa cəfəri və yaxud keşniş doğrayırlar. Belə xörəyə Ukrayna borşu deyirlər.
Borşa çuğundur və yerkökü tökülməsə Ukrayna borşu yox adi borş olur.
Populyarlığı: 1%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 1,295
0
Bunun hazırlanması ilkin mərhələdə ətli və ətsiz suplardakı kimidir. Fərq orasındadır ki, şiləyə yalnız düyü tökülür. Həm də düyü şorbaya nisbətən bir az çox tökülməlidir ki, qatı olsun. Şiləyə pomidor və ya tomat əvəzinə alça, gavalı (təzəsi olmayanda qurusu), salınır, şüyüd doğranır, toyuq şiləsinə isə şüyüd yox, yalnız darçın və zirə tökürlər.
Populyarlığı: 1%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 3,745
0
İstər ətli, istərsə də ətsiz suplara düyü, vermişel, makaron və ləpə (xırdalanmış noxud) seçə bilərsiniz. Bunların hamısı eyni qayda ilə hazırlanır.
1 kq və ya 0.8 kq mal əti, yaxud da 0.5 kq qoyun əti götürülüb, sümüyü ilə birlikdə 30-35 qram böyüklükdə doğranır, yuyulur, qaynar suya tökülür. Sonra duz əlavə edilir. Bulyon qaynağa düşənə kimi arabir kəfi alınır. Qazan ağzı örtülü qaynamalıdır. Mal əti gec bişdiyi üçün onu bir qədər çox qaynatmaq lazımdır
Populyarlığı: 2%
Müəllif : Tovuz Muxtarova | Kulinariya | 21-11-2009 | Oxunub: 4,403
0
Duru xörəklər insan mədəsində yaxşı həzm olunduğu üçün orqanizm tərəfindən tez mənimsənilir.
Bizim duru xörəklərimiz ətli və ətsiz olur.Ətsizlər yağda qızardılmış baş soğan (soğança), süd, qatıq, tərəvəz və s. ilə hazırlanır. Ətlilər isə əsasən qoyun, mal, toyuq və quş ətinin bulyonlarında bişirilir.
Populyarlığı: 1%