Müəllif : Fuad Muxtarov | Dəb/Moda, Faydalı olar | 12-12-2010 | Oxunub: 6,575
1
Qalstuk kişi geyiminin vacib aksesuarlarından biridir. İşgüzar kişini qalstuksuz təsəvvür etmək çox çətindir. Qalstuk işgüzar adamın xarakterini göstərir, onun nə qədər ciddi olduğunu və gördüyü işlərə də bu formada yanaşdığını əks etdirir. Qarderobunda heç olmasa 1 dənə də olsun qalstuk olmayan kişini təsəvvür etmək çox çətindir. Qalstuku əlinə birinci dəfə alan şəxsi həmişə belə bir sual maraqlandırır: “Bəs bu qalstuku necə bağlamaq lazımdır?”.
Populyarlığı: 7%
Müəllif : Fuad Muxtarov | Dəb/Moda, Faydalı olar | 05-11-2010 | Oxunub: 8,990
5
Şarf qadınların geyimdə istifadə etdiyi aksesuarlardan biridir. O qadın geyiminə özünəməxsus gözəllik verir. Lakin şarfı düzgün bağlamağı hər qadın bilmir. Sizə şarfı bağlamağın 5 üsulunu təqdim edirik:
Populyarlığı: 9%
Müəllif : Fuad Muxtarov | Faydalı olar | 26-09-2010 | Oxunub: 6,639
0
Arı ailəsinin 11 məhsulu var. Bal, çiçək tozu, perqa, arı südü, propolis, arı zəhəri, arı mumu, zabus -balın qaymağı, erkək arı südü, mum güvəsi eksraktı, ölmüş arı xitozaru. Bütün bu məhsullar bir-birindən tərkibinə, müalicəvi xüsusiyyətlərinə görə fərqlənirlər. Arının bütün məhsulları bioloji-aktiv maddələrlə zəngindir və qiymətlidir. Arı məhsulları insanlara çox qədimdən məlumdur. Bal arının məhsullarındarı biridir. Arılar balı müxtəlif çiçəklərin nektarındarı-şirosindən hazırlayırlar. Çiçək şirəsini mədə cinadanına toplayıb pətəkdəki yuvalara boşaldırlar. Mədə şirəsi ilə qarışmış nektarı qanadları ilə ventilyasiya yaradaraq qurudub qatılaşdırırlar. Qatılaşmış nektar bala çevrildikdə, bal yetişdikdə pətəyin ağzını mumla suvayırlar. Bal süzüldükdə suvanmış pətəklər götürülməlidir, əks təqdirdə duru balda suyun miqdarı çox olduüğundarı (norma 18-20 %) bal qıcqırır yemək üçün yararsız olur.
Populyarlığı: 6%
Müəllif : Fuad Muxtarov | Faydalı olar | 16-08-2010 | Oxunub: 3,004
0
Alimlər vişnə suyunun yuxusuzluq problemini həll etdiyini bildirib.
İtaliyanın La Stampa qəzetində yayımlanan xəbərə görə, Pensylvania ve Rochester Universitetlərinin alimləri, yuxusuzluqdan əziyyət çəkən 15 nəfərə 2 həftə ərzində səhər və axşam təqribən 227 qram vişnə suyu verib.
Mütəxəssislər, daha sonrakı iki həftə boyunca isə iştirakçılara digər meyvə sularını içməyi təklif edib.
Populyarlığı: 5%
Müəllif : Fuad Muxtarov | Faydalı olar | 16-08-2010 | Oxunub: 3,037
0
Qarpız yüksək temperatur hesabına orqanizmin itirdiyi su ehtiyacını ödəməklə yanaşı, həm də onu xərçəng xəstəliyindən qoruyur.
Mütəxəssislər belə hesab edirlər ki, qarpız çəyirdəyi ilə birlikdə yeyildikdə orqanizm üçün daha faydalı olur.
Populyarlığı: 5%
Müəllif : Fuad Muxtarov | Faydalı olar, İşguzar qadın | 11-05-2010 | Oxunub: 3,813
1
Ümumiyyətlə, avtomobil dünyasında qadın avtomobili deyilən bir anlayış yoxdur. İstehsalçılar avtomobil istehsal edərkən onu qadın və ya kişiyə uyğunlaşdırıb ayrıca avto kimi istehsal etmirlər. Amma, istənilən qadın avtomobili ilk baxışdan seçir və başa düşür ki, bu onlara lazım olan modeldir. Onun sükanı arxasında heç oturmasa belə, qadına aid modeli asanlıqla seçir. Qadın avtomobili necə olmalıdır? Onların fikirincə ilk növədə rahat, cazibəli, qənaətcil, təhlükəsiz və güvənilir olmalıdır. Ölçüləri böyük olmamalıdır. Qırmızı və ya ağ rəngdə avtomobillərə üstünlük verilir.
Populyarlığı: 6%
Müəllif : Fuad Muxtarov | Faydalı olar | 07-05-2010 | Oxunub: 10,271
37
Şəxsiyyət vəsiqəsini dəyişməyin səbəbi müxtəlif ola bilər. Ümumiyyətlə, Azərbaycan Respublikasının vətəndaşlarına 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəziyyəti dəyişdikdə şəxsiyyət vəsiqəsi mütləq dəyişdirilməlidir. Şəxsiyyət vəsiqəsi qeydiyyatda olduğunuz ərazinin Rayon Polis İdarəsində (RPİ-də) dəyişdirilir. Toplanmış lazımı sənədlər RPİ-ə təqdim olunur. Bu sənədlər aşağıdakılardır:
Populyarlığı: 5%
Üzdəki sızanaqlar insanı həmişə narahat edir və ən lazımsız vaxtda peyda olur. Üzdə sızanaqlar müxtəlif səbəblərdən yarana bilər, məsələn çoxlu şirniyyat, şokolad yemək, daxili problemlər və s. Bunun nə qədər xəşagəlməz olduğu hamımıza məlumdur. Ancaq bununla mübarizə aparmaq mümkünsüz deyil. Bu problemdən köklü şəkildə canınızı qurtarmaq istəyirsinizsə, onda məsləhət budur həkimə yaxud kosmetoloqa müraciət edəsiniz. Amma üzünüzdə sızanaqlar nadir hallarda yaranırsa, onda onunla mübarizə aparmaq ev şəraitində də mümkündür. Ən əsası bir neçə məsləhətlərə qulaq asmaqla və məsləhət gördüyümüz reseptdən istifadə etsəniz istədiyiniz nəticəyə gələ bilərsiniz.
Populyarlığı: 12%
Kosmetoloqlar qırışlara qarşı ən yaxşı resept tərtib etmişdilər ki, bunu da hər bir qadın ev şəraitində edə bilər. Nəticə artıq 15 dəqiqəyə görsənir.
Araşdırmalar göstərir ki, pendir – qocalmağın qarşısını almağın ən yaxşı üsuludur.
Yaşlanmağa qarşı maskanın resepti çox asandır: 1 ədəd pendiri götürüb rəndənin (tyorka) kiçik gözündən keçiririk, ona bir qədər qaymaq ya da smetan qatmaq olar.
Populyarlığı: 12%
Müəllif : Fuad Muxtarov | Faydalı olar | 28-03-2010 | Oxunub: 2,039
1
Brilyant almazın emalından sonra əmələ gəlir. Dünyada almaz əsasən Bostvana, Avstraliya, Rusiya, CAR, Anqola, Konqa, Kanada, Namibiya, Braziliya, Çin və s. ölkələrdə xammal şəklində hasil olunur. İndiyə qədər tapılan ən böyük almaz Kullian almazıdır. O 3106 karat olmuşdur. Sonra o 105 hissəyə bölünmüşdür. Bu brilyant Cənubi Afrikda 1905-ci ildə tapılmışdır. Kullianı həm də “Afrikanın ulduzu” kimi də tanıyırlar. Dünyada elə brilyantlar möcuddur ki, onlar tarixdə buraxdıqları izlərə görə çox məşhurdurlar. Onlar aşağıdakılardır:
Populyarlığı: 3%
Müəllif : Fuad Muxtarov | Faydalı olar | 28-03-2010 | Oxunub: 1,909
0
Brilyant təbii qiymətli daşdır. O zinət əşyası kimi uzun müddətdir ki, istifadə olunur. Brilyant fransız dilindən tərcumədə “parıltı” mənasını verir. Təbiətdə brilyant hazır formada olmur. O təbii parıltısını maksimal dərəcədə saxlamaq şərti ilə almazın müəyyən emal prosesindən sonra əmələ gəlir.
Brilyantı 4 xüsusiyyətinə görə qiymətləndirirlər:
Populyarlığı: 3%
Müəllif : Tovuz Muxtarova | Faydalı olar | 22-03-2010 | Oxunub: 3,592
4
Özünüzə tərəf müqabili, həyat yoldaşı seçərkən hər iki tərəf mütləq bir-birinin bütün cəhətlərini və keyfiyyətlərini götür-qoy edir, tərəf müqabillərini mümkün qədər dərindən öyrənməyə çalışır. Lakin insan müəmmalı bir aləmdir, onu axıradək öyrənmək o qədər də asan məsələ deyil. Bu məsələdə bəzən intuisiya, müşahidə qabiliyyəti də kifayət etməyə bilər. Ancaq buna baxmayaraq biz öz obyektimizi öyrənməyə davam etməliyik.
Fikir vermisinisə, qadınların hərəsinin öz sevimli rəngi var. Əgər kişilər, zərif cinsin hansı rəngə üstünlük verməsinə diqqət yetirsələr, onun haqqında müəyyən nəticələr çıxara bilərlər.
Populyarlığı: 4%
Müəllif : Fuad Muxtarov | Faydalı olar | 22-03-2010 | Oxunub: 2,967
1
Qızıl həmişə dəbdə olan qiymətli zinət əşyasıdır. O həmişə öz aktuallığını saxlayır. Başqa metallardan fərqli olaraq, rəngini dəyişmir və paslanmır. Qızıl elə bir metaldır ki, ondan müxtəlif formada zinət əşyaları düzəltmək mümkündür.
Bəs qızıl zinət əşyalarını necə secmək lazımdır?
Populyarlığı: 3%
Müəllif : Tovuz Muxtarova | Dəb/Moda, Faydalı olar | 11-03-2010 | Oxunub: 6,626
3
Qara paltar – saatlarca seçim etməkdən qadınlarn canını qurtaran və həm də getdiyiniz hər bir məclisə uyğun gələn bir seçimdir. Qara gecə paltarı həmçinin arıq və incə görsənmək üçün yaxşı bir seçimdir.
Əgər toylara, hər hansı bir əyləncəyə və yaxud da hər hansı bir iş yeməyinə, bayramına gedərkən nə geyinməkdə çətinlik çəkirsinizsə, onda qara gecə paltarı, qara ayaqqabı və qara əl çantası köməyinizə gələcək. Nişanda və digər bu kimi məclislərdə isə, qızılı sarı və gümüşü rəngdə aksesuar və ayaqqabıdan istifadə etməklə seçilə bilərsiniz.
Populyarlığı: 7%