Sirlərlə dolu qadın dünyası

Author: Tovuz Muxtarova

ƏVƏLİKÇİLOV

Bu da ətsiz bişirilir. Bunu da bişirəndə 2 hissə su, 1 hissə düyü götürmək lazımdır. Quru əvəlik təmiz yuyulduqdan sonra xırda-xırda doğranır. Su qaynadıqda əvəlik, yuyulmuş düyü və duz qazana…

SÜDLÜ PLOV

Südlüplov ətsiz, yalnız südlə bişirilir, düyü təmizlənir, xırdası çoxdursa aşsüzəndən keçirilir. Bütöv düyü bisə suda təmiz yuyulur, bir hissə düyüyə 2 hissə süd tökülür. Süd qaynadıqdan sonra düyü tökülür. Qarışdırılır, bir az da duz atılır, rəngi saralana qədər zəfəran tökülür, yenə qarışdırılır. Düyü bişənə yaxın içərisinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökülür, ehtiyatla qarışdırılır. Düyünün içi yumşalıb, qazanın südü çəkilmişdirsə, o biri plovlar kimi dəmə qoyulur və qulluq edilir.

TOYUQLA ÇƏKMƏPLOV

Bu da eyni ilə ətli çəkməplov kimi bişirilir. Fərqi orasındadır ki, buna qoyun əti əvəzinə toyuq əti, şüyüd əvəzinə isə lərgə tökülür. Lərgə düyüyə nisbətən gec bişdiyi üçün qazana düyüdən…

ÇƏKMƏPLOV

Bunlar ət, süd, əvəliklə bişirilə bilər. Nə ilə bişirilməsindən asılı olmayaraq, bir hissə düyüyə 2 hissə su və ya süd tökülür.

Ətlə bişirdikdə, yuyulmuş yağlı qoyun əti xırda-xırda doğranıb qazanda qaynayan suya salınır, duz tökülür, kəfi alınır. Ətin suyu azalıb bişənə yaxın içinə xırda-xırda doğranmış soğan qarışdırılır. Ət yağsızdırsa, yağ salınır. Ət qovrulub qızarmamış, bir hissə düyüyə 2 hissə hesabı ilə su tökülür.

Lobyalıplov

Bunun üçün xırda lobyadan istifadə edilir. Lobya təmizlənir, yuyulur, qazana tökülür. Duz atılır, kəfi alınır, lobya bir qədər bişdikdən sonra düyü həmin lobyanın üstünə tökülüb bişirilir. O biri plovlar kimi…

PAXLAPLOV

Bu toğlu, quzu əti olmayanda yağlı qoyun əti və bağırbeyinlə  yeyiləndə daha ləzzətli olur. Qoyun ətinin yağlı yerindən hərəsi 8-10 qram olan tikələr doğranır. Qazanda soyutma bişirilir, duz salınır, ətin kəfi alınır. Bişəndən sonra bulyondan çıxarılır. bir böyük qaba yığılır, duz, istiot səpilir. Başqa bir qazana qoyunun qara ciyəri və o qədər də quyruq az suda bişirilir ki, bulyon nisbətən yğlı olsun.

Göbələk yeməkləri

images Göbələk yağmurlu payız aylarında mal peyini olan sahələrdə çıxır. Meşələrdə ağaclarda bitən göbələklər də var. Azərbaycan ailələrində onlardan xörək hazırlanmır. Yığılmış göbələk diqqətlə yoxlanılır, qurdu olanlar atılır. Təmizlərin üst qabığı soyulur. Lobya kimi doğranır və yuyulur. Isti suda azca bişirilir (pörtlənir). Sonra suyu atılır, hətta sıxılıb təmiz çıxarılır. Yağlı soğançaya tökülüb bir az qovrulur. Duz, istiot vurulur. İçinə yumurta tökülür.

QULANÇAR QOVURMASI

Qulançar çəmənliklərdə, otlaqlarda bitən yüksək keyfiyyətli və nadir (az) tapilan yem bitkisidir. Bir çox ailələrdə bişirilməyən, ya da az bişirilən bəysənə, qulançar qovurması, göbələk, soğansuyu,pəxtərbehiştvə sair kimi dadlı və ləzzətli milli dədə-baba yeməklərimiz çox təəssüf ki, tədricən unudulub aradan çıxır.

LOBYA

Bu paxlalı bitkilər ailəsindəndir. Paxlalı birkilər azotla zəngin olur. Odur ki lobya qüvvətli tərəvəzdir. Bunların növü müxtəlifdir.

Azərbaycan ailələrində yeyilən yalnız atlı, piyada və maş (xırda) lobyalardır. Maş lobyadan yaşıl halda yemək hazırlanmır. Bunun qurudulmuşundan, lobya-plov bişirirlər. Eyni zamanda xəmir xörəklərinə yəni, əriştəyə, xingala tökür, mutmac adlanan yemək hazırlayırlar. Bundan başqa soğan suyu deyilən xörəyi də xırda lobyadan bişirirlər.  Atlı, piyada və sair lobyalardan həm yaşıl, həm də quru halında istifadə olunur.

POMİDOR

Pomidor Azərbaycan xörəklərinin əksəriyyətində işlədilir. Məsələn, badımcan, kələm dolmalarında, bozbaş, piti, borş, şorba və sairlərdə istifadə edilir. Kabab, hətta əriştə, qaşıqxəngəli kimi yeməklərdə belə istifadə olunur. Pomidorda insan orqanizmi üçün əlverişli vitaminlər çoxdur.

BADIMCAN

Bu tərəvəz Azərbaycan ailələrində işlənən ən çox yeyinti məhsuludur. Bunun xörəyi həm tez bişir, həm ucuz başa gəlir, həm də keyfiyyətli və dadlı olur. Yaxşı olar ki badımcanın nazik, qara və içi tumsuzundan istifadə edəsiniz. Çünki bunlar daha dadlı olur. Hətta bunları yemək üçün bişirdikdə belə qabığını soymaq məsləhət deyil.

KƏLƏM

Kələm əsasən dolmada, borşda istifadə olunur. Azərbaycan ailələrində kələmi əsas etibarilə turşuya qoyurlar. Turşuya qoymaq, adamın zövqündən, qabiliyyətindən asılı olaraq müxtəlif cür olur. Bəzi ailələrdə keşnişi, kərəvüzü ayrıca, kələmi də ayrılıqda təmizləyib yuyurlar. Keşnişlə kərəvüzü 3-4 sm, kələmi isə 5-6 sm böyüklükdə doğrayıb səpirlər ki, suyu çıxsın. Sonra xırda bibərləri və yaşıl lobyanı yuyub suyunu çəkdirir, eyni zamanda hər ikisini eyni qazanda, azca sirkədə 2 dəqiqə pörtlədir, sonra isə qatışdırıb qablara yığırlar. Əlbəttə, aralarına duz səpmək lazımdır ki xarab olmasın. Duzu az etmək olmaz. Qab dolandan sonra üzərinə ağır bir daş qoyub, içinə təmir üzüm sirkəsi tökürlər. Bir həftədən sonra artıq yemək olar. Ümumi şəkildə isə kələm şorabasını belə hazırlayırlar: kələm yuyulur, parça-parça doğranır, çəllək və yaxud iri qablara səliqə ilə doldurulur. Içərisinə çuğundur və kök də doğramaq olar. Sonra üzərinə ağır daşlar qoyulur. Üstə çıxana qədər içərisinə duz həll olmuş su (şora) əlavə olunur. Bəzi ailələrdə zövqə görə içinə bir az üzüm sirkəsi və ya esensi əlavə edilir. Bunu da 1-2 həftədən sonra yemək olar.

Kartof

Kartof bütün ölkələrdə ən çox yayılmış tərəvəz bitkisidir. Tərkibində növündən asılı olaraq 11%-dən 24%-ə qədər nişasta var. Azərbaycanın bir çox ətli xörəklərində istifadə olunur. Insan mədəsində tez həzmə gedən tərəvəzdir. Kartofu xörəyə tökərkən eyni böyüklükdə doğramaq lazımdır. Müxtəlif ölçüdə olanda, balacaları bişib dağılır, iriləri isə çiy qalır. Xörək üçün bazardan iri və üstü çopur-çopur (kəpəkli) kartof almaq lazımdır.

SOĞAN

images.jpeg44 Azərbaycanın bütün yeməklərində ən çox işlənən tərəvəz bitkisi soğandır. Soğan istər ətli, istərsə də ətsiz milli xörəklərimizi dada gətirir, onlara xüsusi ləzzət verir. Azərbaycan xörəklərinin bişirilməsində ən çox baş soğandan istifadə olunur. Göy soğan əsas etibarilə süfrə bəzəyidir. İstər göy soğan, istərsə də baş soğan iştah açır. O “S” vitamini ilə zəngindir.

Pin It on Pinterest