Sirlərlə dolu qadın dünyası

Author: Tovuz Muxtarova

Hamilə qadın

Uşaqlarda köklük problemi

Hamilə qadın

Körpəyə əmzik (soska) verilməlidirmi

Uşaqların sağlam həyat tərzi kimi məsələ valideynləri ən çox narahat edən məsələlərdən biridir, belə ki, uşaq əmziklərinin uşaqlara verilib verilməməsi valideynləri çox narahat edir. Bəziləri əmziklərin uşaqların dadbilmə, diş və damağına pis təsir etdiyini söyləyir, bəziləri isə əmziklərin heç bir pis təsirinin olmadığını söyləyirlər. Bəs nə etməliyik, uşağı əmziyə öyrətməliyik, ya yox? Pediatorlar bu suala birmənalı cavab vermirlər, çünki bir tərəfdən uzunmüddətli əmzikdən istifadə uşağın diş-damaq sisteminə pis təsir göstərir, digər tərəfdən uşaq çox ağlayırsa və onu sakitləşdirmək mümkün deyilsə, onda
Hamilə qadın

Hamiləlik dövrü

Hamiləliyin bütün dövrü 3 trimestrə bölünür: 1-ci trimestr hamiləliyin 12-ci həftəsində, 2-ci trimestr hamiləliyin 24-cü həftəsində, 3-cü trimestr isə hamiləliyin 40-cı həftəsində baş verir. 1-ci trimestr. Birinci ay (4 həftə),…
Kulinariya

Çay balığı (Lənkəran üsulu)

Qaynayan duzlu suya təmizlənmiş soğan (bütöv), pulcuqları və içi təmizlənmiş balığı, yumru qara istiot, dəfnə yarpağı qoyuruq. Ətinin yumuşaqlığı hissedilənə qədər bişiririk. Qaynatmaq üçün adətən 20-25 sm boyda olan balıq götürülür. Balıq hazır olduqdan sonra onu soyuduruq. Soyuq halda balığın üstünü göyərti və dəfnə yarpağı ilə bəzəyib yəməyə verə bilərsiz. Balığın bulyonunu isə stola ayrıca limonla birlikdə də vermək olar.
Kulinariya

Limon şərbəti

Qonaq çağırıldığımız hər bir evdə süfrələrimizi kola, limonat, qazlı içkilərlə bəzəyirlər. Lakin bir qədər keçmişə nəzər salsaq Azərbaycan süfrəsi müxtəlif meyvələrdən hazırlanan şərbətlərlə zəngin olub. Bu gün sizlərə limon şərbətinin reseptini veririk. Əminəm ki, ev şəraitində hazirlanmış şərbət, insanların kökəlməsinə səbəb olan digər içkilərdən daha çox sizin tərəfinizdən bəyəniləcək.
Mədəniyyət

Elçilik

Kiçik elçilik Adətə görə əvvəl iki qadın – oğul anası, yaxın qohumlarından biri elçi gedər. Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib. “Elçiliyə gecə getməzlər”. “Elçilərin qarşısına qoyulan çay içilməz”. Elçilikdə deyirlər “qız ağacı qoz ağacı, hər gələn bir daş atar”, “qız yükü duz yükü”. Qız atası elə birinci elçilikdən razılığa gəlmir. “Qız qapısı, şah qapısı”. Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik, deyir.
Dəriyə qulluq/Maskalar

Üzümüzdəki sızanaqlara yox deyək…

Üzdəki sızanaqlar insanı həmişə narahat edir və ən lazımsız vaxtda peyda olur. Üzdə sızanaqlar müxtəlif səbəblərdən yarana bilər, məsələn çoxlu şirniyyat, şokolad yemək, daxili problemlər və s. Bunun nə qədər xəşagəlməz olduğu hamımıza məlumdur. Ancaq bununla mübarizə aparmaq mümkünsüz deyil. Bu problemdən köklü şəkildə canınızı qurtarmaq istəyirsinizsə, onda məsləhət budur həkimə yaxud kosmetoloqa müraciət edəsiniz.  Amma üzünüzdə sızanaqlar nadir hallarda yaranırsa, onda onunla mübarizə aparmaq ev şəraitində də mümkündür. Ən əsası bir neçə məsləhətlərə qulaq asmaqla və məsləhət gördüyümüz reseptdən istifadə etsəniz istədiyiniz nəticəyə gələ bilərsiniz.
Dəriyə qulluq/Maskalar

Qırışlara qarşı ən yaxşı maska…

Kosmetoloqlar qırışlara qarşı ən yaxşı resept tərtib etmişdilər ki, bunu da hər bir qadın ev şəraitində edə bilər. Nəticə artıq 15 dəqiqəyə görsənir. Araşdırmalar göstərir ki, pendir - qocalmağın qarşısını almağın ən yaxşı üsuludur. Yaşlanmağa qarşı maskanın resepti çox asandır: 1 ədəd pendiri götürüb rəndənin (tyorka) kiçik gözündən keçiririk, ona bir qədər qaymaq ya da smetan qatmaq olar.
Faydalı olar

Rənglər qadınlar haqda nə deyir!!!

Özünüzə  tərəf müqabili, həyat yoldaşı seçərkən hər iki tərəf mütləq bir-birinin bütün cəhətlərini və keyfiyyətlərini götür-qoy edir, tərəf müqabillərini mümkün qədər dərindən öyrənməyə çalışır. Lakin insan müəmmalı bir aləmdir, onu axıradək öyrənmək o qədər də asan məsələ deyil. Bu məsələdə bəzən intuisiya, müşahidə qabiliyyəti də kifayət etməyə bilər. Ancaq buna baxmayaraq biz öz obyektimizi öyrənməyə davam etməliyik.

Fikir vermisinisə, qadınların hərəsinin öz sevimli rəngi var. Əgər kişilər, zərif cinsin hansı rəngə üstünlük verməsinə diqqət yetirsələr, onun haqqında müəyyən nəticələr çıxara bilərlər.

Dəb/Moda

Klassik Moda – Qara gecə paltarı !

Qara paltar - saatlarca seçim etməkdən qadınlarn canını qurtaran və həm də getdiyiniz hər bir məclisə uyğun gələn bir seçimdir. Qara gecə paltarı həmçinin arıq və incə görsənmək üçün  yaxşı bir seçimdir. Əgər toylara, hər hansı bir əyləncəyə və yaxud da hər hansı bir iş yeməyinə, bayramına gedərkən nə geyinməkdə çətinlik çəkirsinizsə, onda qara gecə paltarı, qara ayaqqabı və qara əl çantası köməyinizə gələcək. Nişanda və digər bu kimi məclislərdə isə,  qızılı sarı və gümüşü rəngdə aksesuar və ayaqqabıdan istifadə etməklə seçilə bilərsiniz.
Faydalı olar

Vitaminlər

Vitaminlərin  orqanizm üçün nə qədər vacib olduğunu bilirsiniz. Lakin çox vaxt hansı ərzağın tərkibində hansı vitamin olduğunu bilmirik. Bunu bilmək çox vacibdir:
Pəhriz

Kələm pəhrizi

Bu pəhriz vasitəsilə  10 gündə  7-10 kq arıqlamaq olar, bir şərtlə ki, pəhrizə ciddi riayət edəsiniz. Pəhrizin şərtləri çox sadədir: - Səhər : 1 stəkan şəkərsiz kofe - Nahar: kələm salatı ( kələmi xırda-xırda doğrayırıq üzərinə 1 qaşıq  rafine edilməmiş bitki yağı tökürük) - Şam yeməyi: 200 qr ət və 1 stəkan kefir (kefiri alarkən yağlılığının az olmasına nəzarət edin).

Pin It on Pinterest