Sirlərlə dolu qadın dünyası
boshanmanın_qarshisinin_alinmasinin_7_asas_qaydasi
Ailə münasibətləri

Boşanmanın qarşısının alınmasının 7 əsas qaydası

Kişi və qadın münasibətləri tarix boyu bəşəriyyətin diqqət mərkəzində olan məsələlərdən biridir. Ümumiyyətlə insanlar arasındakı münasibətlər bütün dövrlərdə ən cox müzakirə obyekti olub. Son zamanlar dünyada o cümlədən ölkəmizdə evlilik cütlükləri arasında münasibətləri o səviyyədə gərginləşir ki, sonunda bu münasibətlərin pozulmasına və boşanmaya gətirib cıxardır.
Ailələrin dağılması isə cütlüklər arasındakı münasibətlərə son qoyur və bundan həm özləri həm də uşaqları psixoloji cəhətdən çox əziyyət cəkir. Əlbətdə siz deyə bilərsiniz ki, bəşəriyyət özünü tanıyandan bu həmişə
belə olub. Mən sizinlə razıyam, amma qeyd eləmək istəyirəm ki, son zamanlar bu problem elə bir səviyyəyə gəlib catib ki, artıq narahat etməyə bilməz.
Ailələrin dağılması müxtəlif səbəblərdən baş verir. ABŞ-da Ailə Münasibətləri İnistutunun rəhbəri olmuş Dr. Pol Popnou ailə münasibətlərinin uğursuz sonuclanmasının 4 əsas səbəbini aşağıdakı ardıcıllıqla göstərir:
  1. Cinsi uyğunsuzluq
  2. Boş vaxtı necə kecirilməsində yaranan fikir ayriliğı
  3. Maliyyə çətinlikləri
  4. Əqli, fiziki və ya emosional anormallıqlar
Cox zaman boşanmaların əsas səbəbi kimi Maliyyə cətinliklərini göstərilir. Amma Ailə münasibətləri üzrə ABŞ hakimi Qoffman bildirir ki, 10 boşanmadan 9-na Cinsi cətinliklər səbəb olur.
İnsan münasibətləri üzrə böyük ekspert olan Deyl Karneqi öz “Necə dostlar qazamaq və insanlara təsir etmək olar” kitabında 7 praktik qayda göstərir hansına ki əməl etməklə ailə həyatını xoşbəxt və firavan etmək olar. Bu qızıl qaydalar aşağıdakılardır:
  1. Heç bir halda yersiz irad tutmayın
  2. Həyat yoldaşınızı dəyişməyə cəhd etməyin(xarakterini və ya özünə məxsus hər hansı bir cəhətini)
  3. Tənqid etməyin
  4. Səmimi qəlbdən minnətdar olmağı bacarın
  5. Bir az diqqətli olun
  6. Nəzakətli olun
  7. Nigahın cinsi tərəfi haqqında yaxşı bir kitab oxuyun

Şərhlər

Diqqət! Əgər sizin şərhdə şəkil, video və ya link varsa, saytda yerləşdirilmədən əvvəl moderatorlar tərəfindən yoxlanılır.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.